Redaktor seçimi
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Günün xəbəri

Rəşad İsmayılov Ağgöl Milli parkında qanunsuz balıq ovunun qarşısını ala biləcək? -Yegerin oğlu qanunsuz dəstə yaradıb

bitmap-img6

Ağgöl Milli parkının yegeri Rahim Gəncəliyevin oğlu Məhəmməd Gəncəliyev və dəstəsi İmişli rayonunda balıq monopoliyası formalaşdırıb.
Yenixeber.org: Ötən həftə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində fəaliyyət göstərən Ağgöl Milli Parkında qanunsuz balıq ovu ilə bağlı oxuculara məlumat vermişdik.
Həmin məlumatda qeyd edilirdi ki, tonlarla balıq brakonyerlik yolu ilə əldə edilərək gizli satışa çıxarılır. 
Milli Parkın ərazisində brakonyerliyi qoruğun mühafizəsi ilə məşğul olan yegerlər etdiyini qeyd etmişdik. Parkda brakonyerlik fəaliyyəti ilə məşğul olan mütəşəkkil dəstənin əsas rəhbərinin isə yeger vəzifəsində işləyən Rahim Gəncəliyev olduğunu bildirmişdik. 
Əldə etdiyimiz məlumata görə Ağgöl Milli Parkında daimi qanunsuz balıq ovu ilə yeger Rahim Gəncəliyevin oğlu Məhəmməd Gəncəliyev və onun "ortaqları" məşğul olur. Məhəmməd Gəncəliyevin Ağgöl parkında sərbəst formada brakonyerlik fəaliyyəti ilə məşğul olmasına şəraiti atası Rahim Gəncəliyev və onun yüksək vəzifələrdə çalışan himayədarları yaradıb. 
Ekologiya və Təbii Sərvətlər nazirinin birinci müavini, hazırda nazir vəzifəsini icra edən Rəşad İsmayılovun Ağgöl Milli Parkında verən qanunsuz brakonyerlik fəaliyyətinin qarşısını alacağına ümid edirik.(azfakt.com)
Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam