Redaktor seçimi
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
Günün xəbəri

Barat Yusubovun bazara çevirdiyi Yeni Klinika... - vətəndaş süründürməçiliyi ifşa etdi

Barat Yusubovun bazara çevirdiyi Yeni Klinika... -
Azərbaycan səhiyyəsinin can verdiyi və reanimasiya şəraitində olduğu onsuz da hamıya bəllidir. Amma bəzi tibb müəssisələri elə tərif edilir ki, məəttəl qalırsan, bəlkə yanıldığını düşünürsən. Elə ki içəriyə daxil oldun, səhv etmədiyini bir daha başa düşürsən: əmin olursan ki, bu ölkənin səhiyyə sistemi düzələn deyil.
Yenixeber.org: Əslində, təəccüblü də deyil. Kim bu respublikanın səhiyyə xidmətindən xeyir görüb? Bir ölkənin səhiyyə naziri, yaxud məmuru xaricdə müalicə alırsa, deməli, öz vətənində səhiyyə sisteminə güvənmir. Amma yenə də bəzi gözləntilər vardı ki, nəysə dəyişir, icbari tibbi sığorta işləyir, bazar qaydaları aradan qalxır. Xüsusən də yeni yaranan səhiyyə ocaqları haqda yaxşı piar gedirdi. Məsələn, Yeni Klinikanı qeyd etmək olar. Lakin adı Yeni Klinika olsa da, özü kliniki ölüm mərkəzinə oxşayır. Ya da Yeni Klinika Azərbaycanın Quantnamo həbsxanası adlana bilər. Əslində, əvvəldən bəlliydi ki, Yeni Klinikaya güvənmək olmaz. Axı pandemiya dövründə baş həkimi koronavirusa yoluxan xəstələrə rüşvətlə palata ayıran bir yerdən nə gözləmək olar? Bəli, rəhbəri həbs edildi, amma heç nə dəyişməyib. İndi daha böyük süründürməçilik müşahidə olunur. Sanki gestapo kampıdır. Məsələn, vətəndaş İlhamə Talıbova Ağcabədi rayonundan göndərişlə Yeni Klinikaya müraciət edib. Söhbət göndərişdən gedir. Di gəl, Yeni Klinika vətəndaşlara işgəncə verilməsini üstün tutur. Göndərişlə gələn İlhamə Talıbova əməliyyat olunmalıdır. Bura qədər hər şey normal görünür. Əvvəlcə, İlhamə Talıbovadan analizlərdən keçmək tələb olunur. O da analiz və müayinələri keçir. Ertəsi gün isə İlhamə Talıbovaya deyilir ki, indi də qandan infeksiyaya qarşı analiz verməlidir. Vətəndaşın səbr kasası daşır. Deyir ki, bunu elə bütün analizləri keçəndə demək mümkün idi. Həqiqətən də, axı niyə vaxtında bu analiz deyilmir və nəticədə əməliyyat gözləyən bir insan gün itirir?! Ən dəhşətlisi budur ki, Yeni Klinika qanda infeksiya ilə bağlı analiz götürmədiklərini bildirir və özəl klinikalardan birinə getməyi məsləhət görür. Burada da həm süründürməçilik, həm vaxt və maddi itki göz qabağındadır. Vətəndaş haqlı olaraq yerindəcə etiraz bildirir ki, Yeni Klinika kimi nəhəng tibb müəssisəsi qanda infeksiya analizi götürməyib özəl klinikaya yönəldirsə, deməyə söz qalmır. Doğurdan da absurd məqamdır. Ümumiyyətlə, Yeni Klinikanın nə günə düşdüyü araşdırılmalıdır. Ən azı klinikanın ölkə rəhbərliyinin dəstəyi ilə fəaliyyətə başladığı nəzərə alınmalıdır...
Əlqərəz, İlhamə Talıbova müayinələrlə, analizlərlə bağlı əsl süründürməçiliklə üzləşir. Vətəndaş isə razılaşır ki, yaxşı, qanda infeksiya olub-olmadığını özəl klinikaların birində analiz verərək dəqiqləşdirməyə hazırdır, bəs, əməliyyatın tarixi nə zamana təyin olunacaq?
Bax, bu yerdə Yeni Klinikadan İlhamə Talıbovaya ən absurd cavab verilir - məlum olur ki, onun 2-3 ay sonra əməliyyat olunacağı gözlənilir. Yəni dəqiq tarix də açıqlanmır və hər an şərait dəyişə bilər. Beləliklə, vətəndaş Ağcabədidən göndərişlə Yeni Klinikaya yönləndirilir, əməliyyat olunmalıdır, intəhası, başına min oyun açılır, qapı - qapı analiz otaqlarını, klinikaları gəzir. Bu da Yeni Klinikanın nə vəziyyətdə olduğunu gözlər önünə sərir. Sanki bu klinikanın yiyəsi yoxdur. Belə ki, vətəndaş süründürülür, sonra başqa ünvana yönləndirilir, sonda aydın olur ki, əməliyyat üçün hələ bir neçə ay gözləməlidir. Belə çıxır ki, xəstə aylarla əməliyyat olunacağını gözləməlidir. Bu da absurd qərar və idarəçilikdir.
İlhamə Talıbova deyir ki, Yeni Klinikada bu işgəncə dolu vəziyyətlə qarşılaşan yüzlərlə belə xəstə, növbəsini gözləyən insanlar var. Amma Yeni Klinika rəhbərliyini qətiyyən narahat etmir. Görünür, ya gönü qalındır, ya da əvvəlki həbslərdən nəticə çıxarılmayıb. Vətəndaşlara belə bir münasibət bəslənməsi rüsvayçılıqdır. Çünki bu klinika prezidentin açılışını etdiyi yerdir. Amma Yeni Klinika rəhbərliyi bazar havasından çıxa bilməyib. Bir yanda xəstələri belə süründürmək, bir yanda prezidentin diqqətində olan klinikanı bazara çevirmək gec-tez reaksiyalara səbəb olmalıdır.
Qeyd edək ki, hazırda direktor Barat Yusubovdur. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılışı baş tutan Yeni Klinika tibb müəssisəsi 28 mart 2020-ci il tarixindən fəaliyyət göstərir. Amma belə fəaliyyət göstərir...(anaxeber.info)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam