Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Meriyada kadr dəyişikliyi: Mübariz Hüseynov Abit Əliyevin yerinə gətirilir? -FOTOLAR

Eldar Əzizov iki icra başçısının müavininə xəbərdarlıq etdi
Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Departamenti Sanitariya və Texniki Təmizlik İdarəsinin rəisi Mübariz Hüseynov Bakı Şəhər Əsaslı Tikiti və Təmir MMC-yə rəhbər gətirilir. 
 
Yenixeber.org: Bu barədə əldə etdiyimiz məlumatda deyilir. 
 
 
        Mübariz Hüseynov
 
Məlumata görə uzun illərdir Sanitariya və Texniki Təmizlik İdarəsinin rəisi vəzifəsində çalışan Mübariz Hüseynovu Bakı Şəhər Əsaslı Tikiti və Təmir MMC-yə rəhbər gətirilməsinin təşəbbüskarı Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin sədri Rəfail Mehralıyevdir.
 
 
 
      Rəfail Mehralıyev
 
Rəfail Mehralıyevlə Mübariz Hüseynovun eyni rayondan olduqları bildirilir. İyirmi ilə yaxındır bir yerdə çalışan R.Mehralıyevlə M.Hüseynovun qohumluq əlaqələrinin olduğu da məlumatda yer alır. 
 
 
          Abit Əliyev
 
Bakı Şəhər Əsaslı Tikiti və Təmir MMC-yə hazırda Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun ən yaxın kadrlarından olan Abit Əliyev rəhbərlik edir. Abit Əliyevin MMC rəhbərliyindən uzaqlaşdırılmasına səbəb kimi isə onun işində yol verdiyi qüsurlardır. Belə ki, Bakı Şəhər Əsaslı Tikiti və Təmir MMC-nin ən böyük layihələrindən olan (təmirinə 58 milyon manat xərclənib) Nəbatat bağında ciddi yeyintilərin olduğu iddia edilir. 
Qeyd edək ki, Bakı Şəhər Əsaslı Tikiti və Təmir MMC ötən həftə smetası 32 milyon manat olan daha bir tenderə yekun vurub. S.Tağızadə, A.Şaiq, N.Aşurbəyova küçələrinin əhatəsində salınacaq yeni parkın tikintisini meriyaya yaxın olan "VEST-LTD” QSC həyata keçirəcək.
Məsələ ilə bağlı Bakı şəhər İcra Hakimiyyətindən mövqe öyrənə bilmədik. (qlobal.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam