Son illər Azəraycanda müxtəlif sahədə çalışan həkimlərin səriştəsizliyindən minlərlə insan əziyyət çəkir.
Yenixeber.org: Bu saxta həkimlər insanları müalicə etmək avəzində sağlamlıqlarına daha ağır zərbə vuraraq hadisələr ölümlə nəticələnir.
Redaksiyamıza müraciət edən Bakı sakini M.Həsənov stomatoloq Anar Ağayevin səriştəsiz əməliyyatının qurbanı olub.
Belə ki, 2023-cü ilin avqust ayında stomatoloq Anar Ağayevin instagram səhifəsindən “Aristokrat” klinikasında qəbuluna yazılıb.
Bakı ş. A.Molla Cümə küç.16-da yerləşən “Aristokrat” klinikasında qəbulda həkim A.Ağayev implant əməliyyatı və dişlərin düzəlməsi üçün ondan 5900 manat tələb edib.
M.Həsənova bildirir ki, 800 manat və 2500 manat həmin gün həkimin kartına pul göndərib, implant etdikdən 1 gün sonra isə ikisi düşüb, digərləri isə ilthablaşmağa başlayıb.
Mən bu barədə həkimə bildiridik də “heç bir problem yoxdur mən sənin dişlərini düzəldəcəyəm” deyib. 2023-cü ilin sentyabr ayında mən əlavə 2200 manat A.Ağayevin kartına dişlərimin düzəlməsi üçün pul göndərdim.
Həkim bildirdi ki, “Aristokrat” klinikasından çıxır M.Əlizadə küç. 42 ünvanında yerləşən “Perfect Smile Dental” Klinikasında müalicə edib dişlərinizi düzəldəcəyəm.
Mən dəfələrlə stomatoloq Anar Ağayevin “Perfect Smile Dental” klinikasında müalicə və dişlərimin ölçü götürülməsi üçün yanında oldum. Lakin noyabr ayına qədər mənim nə düşən imlantlarımı düzəltdi nə də ki, dişlərimi.
Mən ona pulumu geri qaytarılmasını tələb etdikdə bildirdi ki, hissə-hissə pulumu qaytaracaq. Amma bu günə qədər nə dişlərimi dəzəltdi nə də ki, pulumu geri qaytardı.
Həmçinin M. Həsənova bildirir ki, şəxsi qızıllarını satmaq üçün vatsap statusunda elan paylaşmış. Bunu görən stomatoloq Anar Ağayev ondan 6023 manatlıq qızıl qolbaq və qızıl sep alıb. M. Həsənova bildirir ki, 2150 manatını ödədi digər qalan pulu ödəmədi.
Mən bununla bağlı hüquq-mühafiə orqanlarına müraciət etmişəm lakin heç bir tədbir görülmür.
Qeyd edək ki,araşdırmalarımıza görə stomatoloq Ağayev Anar tibbi təhsili belə yoxdur, sadəcə olaraq sertifikat əsasında xidmət edirmiş.
Zərərçəkmiş onu da qeyd etdi ki, hazırda Anar Ağayev nömrələrini və iş yerini, həmçinin sosial şəbəkələrini də https://www.instagram.com/anarofficial999/ dəyişdiyi üçün onunla əlaqə saxlamaq mümkünsüzdür.
Məlumat üçün bildirir ki, stomatoloq Anar Ağayevlə əlaqə saxlamaq mümkün olmadı.(xalq.az)