Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Arxitektura Komitəsinin sədri Heydər Əliyevin posterinin yerində tikilən obyekti himayə edir? -İLGİNC FAKTLAR

Arxitektura Komitəsinin sədri Heydər Əliyevin posterinin yerində tikilən obyekti himayə edir?
Abşeron rayonu, Xırdalan şəhəri, "AAAF Park" yaşayış kompleksinin girişində dövlət atributları sökülərək yerində restoran tikilir. 
Yenixeber.org: Sakinlər bu barədə sosial şəbəkələrdə də məlumat yayıblar. 
Onlar kompleksdəki mövcud vəziyyətdən şikayətçidirlər.
Sakinlər bildirirlər ki, tikinti sahəsi yaşayış binasına çox yaxındır. 
Tikinti gizli aparıldığından inşaat işçiləri gecə də işləyirlər. Səs-küydən qulaq tutulduğunu bildirən sakinlər əraziyə indiyə qədər heç bir dövlət qurumundan nümayəndə gəlmədiyini bildirirlər.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və Fövqaladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə dəfələrlə müraciət edən sakinlər bildiriblər ki, bu qurumlar da "müdrikcəsinə" susur.
Yenilikçi məmur kimi təqdim edilən, Bakının Baş Planı tapşırılan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev də "AAAF PArk"da baş verənlər barədə nədənsə ona ünvanlanan şikayətlərə əhəmiyyət vermir. 
Saknərin dediyinə görə, narazılığa səbəbə sözügedən tikintinin Heydər Əliyevin posterinin sökülərək yerində inşa edilməsidir. 
Sakinlər onu da qeyd edirlər ki, bu tikintini aparan hər kimdirsə, həm FHN, həm də Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bu şəxsdən bərk çəkinir. 
Abşeron Rayon İcra Hakimiyyətindən isə ümumiyyətlə danışmağa dəyməz.
Sakinlər deyirlər ki, tikintini Namiq Məmmədov adlı şəxs aparır, o da şikayətçilərə yuxatılarla anlaşdıqlarını, şikayətlərin mənasız olduğunu deyir. 
"AAAF Park" Yaşayış Kompleksinin sahibi idman ustası Tofiq Heydərovdur. 
Tofiq Heydərov həm də "AAAF Holding" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisidir. "AAAF Holding" MMC 2016-cı ildə təsis edilib.
Sözügedən qanunsuz tikintinin aparıldığı "AAAF Park" Yaşayış Kompleksində fəaliyyət göstərən daha bir şirkət - "AAAF Park Xırdalan" MMC də Heydərovlara məxsusdur. 
"AAAF Park Xırdalan" MMC-nin qanuni təmsilçisi Tofiq Heydərovun qardaşı Səlim Heydərovdur. 
Bu şirkət 2013-cü ildə təsis edilib.(arqument.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam