Redaktor seçimi
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Günün xəbəri

“Əşyalarım mənzildə ola-ola, qanunsuz olaraq evimi sökürlər” - Nərimanov sakini “Gold Məkan” şirkətindən ŞİKAYƏTÇİDİR /VİDEO

“Əşyalarım mənzildə ola-ola, qanunsuz olaraq evimi sökürlər” - Nərimanov sakini “Gold Məkan” şirkətindən ŞİKAYƏTÇİDİR / VİDEO

Nərimanov rayonu, Faiq Yusifov küçəsi, bina 43, mənzil 28-də yaşayan Abdullayeva İradə Mahmud qızı tərəfindən redaksiyamıza növbəti şikayət məktubu daxil olub.  

Yenixeber.org: Saytımız vasitəsilə Prezident İlham Əliyevə müraciət ünvanlayan şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

Cənab Prezident!

Yazıb Sizə bildirmək istəyirəm ki, yaşadığım mənzil “Gold Məkan” MMC tərəfindən sökülür. Mənim əşyalarım mənzildə ola-ola söküntü işi gedir. Mənə təzyiq edirlər.

Nazirlər Kabineti Fövqəladə Hallar Nazirliyinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göstəriş verib, ancaq işi dayandırmırlar.

Polislər əşyalarımı küçəyə atıb. Evimin bütün əşyaları yağışın altında qalıb.

Cənab Prezident!

Nərimanov Rayon Prokrorluğunda belə qanunsuz söküntü apardıqlarına görə, “Gold Məkan” MMC-yə cinayət işi başlanıb. Lakin “Gold Məkan” MMC heç kəsə məhəl qoymur və Azərbaycan Respublikasının qanunlarını pozur.

Onu da diqqətinizə çatdırım ki, dəfələrlə müraciət etməmizə baxmayaraq, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı da tikinti şirkətinin qanunsuz əməllərinə göz yumur.

Aynurə MUSTAFAYEVA, (Hurriyyet)

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. Redaksiyamıza göndərilən video-görüntünü də oxucularımıza təqdim edirik.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam