Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Abşeronun başçısı QƏZA yaratdı, dövlət qurumları TƏCİLİ Xırdalana ÇAĞIRILDI –FOTOFAKT

Abşeronun başçısı QƏZA yaratdı, dövlət qurumları TƏCİLİ Xırdalana ÇAĞIRILDI – Fotolar
Xırdalanın əsas avtomobil yolları illərdir ki, müharibə meydanını xatırladır. Çala-çuxurdan ibarət olan yolların problemi həll edilmir.
Yenixeber.org: Məlumata görə, Xırdalanın mərkəzinə gedən yolun vəziyyəti illərdir bərbad haldadır. Baxımsızlıqdan və təmirsizlikdən onsuz da bərbad halda olan yollarda hərəkət son günlər daha da müşgülə çevrilib. Dərin çuxurlar avtomobillər, avtobuslar üçün böyük problem və təhlükə yaradır. Çuxurlar kanalizasiya suyu ilə dolduğundan ətrafı da üfunət iyi bürüyür.
Sakinlər bildirib ki, sözügedən yolda avtomobillərin hərəkəti artıq o qədər çətinləşib ki, bəzən uzun tıxac yaranır. Çünki avtomobillər, avtobuslar hərəkət edə bilmir. Sözügedən yol Xırdalanın ən işlək yollarındandır. “AAAF Park” yaşayış kompleksi və digər yaşayış binalarına gedən yol sözügedən hissədən keçir.
Xırdalan sakinləri bildirib ki, hər gün bu yolla gedib gəlmək məcburiyyətində qalırlar. Problemin həlli üçün sakinlərin Abşeron rayon İcra Hakimiyyətinə və digər aidiyyəti qurumlara dəfələrlə müraciət etsə də, heç bir tədbir görülməyib.
Sakinlər tezliklə yolda yaranmış təhlükəli vəziyyətin aradan qaldırılmasını tələb edir.(tribunainfo.az)






Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam