Redaktor seçimi
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
Günün xəbəri

"Nar"ın tərəfdaşlığı ilə “Media Savadlılığı” Konfransı təşkil edildi-FOTOLAR

 

"Nar"ın tərəfdaş qismində çıxış etdiyi “Media Savadlılığı” Həftəsi çərçivəsində “Media Savadlılığı” Konfransı təşkil edildi. Konfransın əsas məqsədi media savadlılığının əhəmiyyətini vurğulamaq, beynəlxalq təcrübələri paylaşmaq və həssas sosial qrupların, xüsusən gənclərin bu sahədə bilik və bacarıqlarını təkmilləşdirmək idi.

Yenixeber.org: Konfransda iştirak edən yerli və beynəlxalq media ekspertləri, özəl şirkət və dövlət qurumlarının nümayəndələri, elmi tədqiqatçılar və vətəndaş cəmiyyəti nümayəndələri panel müzakirələrində yalan və manipulyasiya məqsədli məlumatlardan qorunma, fakt yoxlama texnikalarının tətbiqi və rəqəmsal məkanlarda məsuliyyətli davranış kimi media savadlılığının çoxşaxəli aspektlərini ön plana çəkdi.

"Nar" sərfəli mobil operator olmaqla yanaşı, eləcə də korporativ sosial məsuliyyət strategiyası çərçivəsində media savadlılığının artırılması və cəmiyyətin məsuliyyətli informasiya istifadəsinin təşviq olunması istiqamətində örnək dəstək nümayiş etdirir. Mobil operatorun bu təşəbbüsü cəmiyyətin informasiya mənbələri ilə səmərəli əlaqəsinin təbliğinə töhfə verir.

Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam