Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir- FOTOLAR

 

Sərfəli təklifləri və davamlı layihələri ilə tanınan “Nar” Azərbaycanda rabitə peşəkarlarını yetişdirmək məqsədilə telekommunikasiya sahəsində təhsil alan tələbələr üçün mütəmadi keçirilən “Mobil Rabitənin Əsasları” davam etdirir. 

Yenixeber.org: Növbəti təlim Gəncə şəhərində yerləşən Azərbaycan Texnologiya Universitetində (ATU) keçirilib. Təlim çərçivəsində tələbələr mobil texnologiyaların inkişafı, GSM şəbəkəsinin quruluşu, Əşyaların İnterneti (IoT), 5G texnologiyaları, mobil rabitə strukturu, simsiz ötürmə şəbəkələri və tezliklərin idarə edilməsi kimi mövzularla tanış olublar. İnteraktiv formatda keçirilən təlimdə tələbələr qruplar halında keçilən mövzular ətrafında müzakirə aparıblar. Təlim Azərbaycan Texnologiya Universitetində təsis edilmiş “Nar” Laboratoriyasında baş tutub. 

Qeyd edək ki, “Nar” Azərbaycan Texniki Universiteti (AzTU) və Azərbaycan Texnologiya Universiteti (ATU) ilə əməkdaşlıq edərək telekommunikasiya ixtisası üzrə təhsil alan tələbələrin həm nəzəri, həm də praktiki bilik əldə etmələri üçün mühüm imkanlar yaradır. Bu əməkdaşlıq çərçivəsində hər iki universitetdə yaradılan “Nar” mobil rabitə laboratoriyaları tələbələrə mobil texnologiyalarla işləmək və real şəbəkədə təcrübə qazanmaq fürsəti verir.

“Nar”ın həyata keçirdiyi təhsilyönümlü sosial layihələr haqqında ətraflı məlumatı operatorun rəsmi saytından (nar.az) əldə edə bilərsiniz.

“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam