Redaktor seçimi
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Günün xəbəri

Azərbaycanda bu həkimlər rüşvətlə "cərrah" olublar? —Tanınmış teleaparıcı SENSASSİON SİYAHI YAYDI

 Azərbaycanda 30 min manat rüşvət verib bir gecədə ixtisas dəyişən həkimlərin siyahısı tərtib edilib. 
Yenixeber.org: Məlumata görə, bu barədə ABŞ-da yaşayan azərbaycanlı telejurnalist Qənirə Ataşova sensasion siyahı yayıb. 
Qənirə Ataşova qeyd edib ki, onların arasında məşhur həkimlər də var:
"2011-ci ildən sonra Azərbaycanda rezidentura təhsili tətbiq olunub. Qanuna əsasən, rezidenturanı bitirməyənlər ixtisaslı həkim ola bilməz. Amma təqdim etdiyim siyahıdakı həkimlərin heç biri estetik cərrahiyyə üzrə rezidentura təhsili almayıb. Sual yaranır-bes necə oldu ki, bu adamlar bir gecədə estetik cərrah oldular? 
Cavab sadədir, əziz oxucu. Səhiyyə Nazirliyinə bir "səmimi" rüşvət - düz 30 min manat! ödəyib, "möcüzəvi şəkildə” ixtisas dəyişdirmək mümkündür". 
Telejurnalist qeyd edib ki, 30 min manata nazirlik dövlətin möhür və imzasını belə "hədiyyə" edir. Nə deyək, məbləğ o qədər "ucuzdur" ki, insanın az qala ürəyi ağrıyır. 


Bu möhtəşəm sertifikatın qiymətini niyə 500 min manat etməyiblər? Axı, peşəkar fırıldaqlar daha bahalı olmalıdır, elə deyilmi? 

Əlbəttə, saxta cərrahlarımızda özlərini daha da inandırıcı göstərmək üçün xaricdə qısamüddətli kurslara qatılırlar. Təsəvvür edin, gedib bir-iki gün xaricdə "təhsil" alır, sonra isə böyük fəxrlə geri qayıdıb, "Beynəlxalq Sertifikatlı Estetik Cərrah" olduqlarını iddia edirlər. Amma diqqət edin, bu kurslar adi izləyiciləri də qəbul edir. Yəni, istəsəniz, siz də gedib orada oturub "beynəlxalq mütəxəssis" kimi özünüzü hiss edə bilərsiniz! Nə gözəl bir dünya, deyilmi".

Qənirə Ataşova əlavə edib ki, sözügedən həkimlərin siyahısını yaymaqda məqsədi heç kimi gözdən salmaq deyil:

"İstəyirəm insanlarımız belə "müasir" və "asan" yolla estetik cərrah olan həkimlərə aldanmasın. Əgər əməliyyat etdirmək istəyirsinizsə, seçdiyiniz həkimin təhsilini və peşəkarlığını diqqətlə araşdırın. Axı, sağlamlığınız ucuz saxta sertifikatlardan daha qiymətlidir, elə deyil? 
Hə, sənədlərdəki imzanın müəllifləri Səhiyyə Nazirliyinin Elm ve tehsil şöbesinin müdiri Səidə Rüstəmova və nazirin müavini İlqar Qasımovdur".
Həmin siyahını təqdim edirik: 







Əfsanə Kamal, (demokrat.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam