Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Elşən Salahovun yaxınları COP29-dan necə istifadə edir? -İLGİNC

Elşən Salahovun yaxınları COP29-dan necə istifadə edir?
Xəzər rayonunda tikinti sahəsində qanunsuzluq davam edir.

Yenixeber.org: Rayondan redaksiyamıza daxil olan məlumatlarda iddia olunur ki, qanunsuzluq edənlər icra başçısı Eşən Salahova yaxın şəxslərdir.
Bildirilir ki, icra başçısının Arif adlı yaxın qohumu və onun Yaşar adlı dostu hələ də özlərini icra hakimiyyətinin rəsmi işçiləri təqdim edərək tikinti işlərinə müdaxilə edirlər.
Bundan başqa, Suraxanı Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin keçmiş rəisi Mehman Hüseynovun Natiq adlı qardaşı oğlunun da adıçəkilən şəxslərlə əlbir olduğu iddia edilir.
Məlumatda qeyd edilir ki, bu şəxslər COP29 ərəfəsində daha da fəallaşıblar. İş o yerə çatıb ki, vətəndfaşlar hətta çıxarışı olan torpaq sahələrində belə, inşaat işləri apara bilmir.
“Sakinlət layihə çəkdirir, onlayn formada qeydiyyatdan keçir, bütün sənədlər əllərində, amma bu adamlar ev tikməyə imkan vermilər”, – daxil olan məlumatda bildirilir.
İddialara görə, arxivli sərəncamlarla bağlı da problemlər mövcuddur. Bildirilir ki, icra hakimiyyətinin memarı Ceyhun Ələkbərli arxivli sərəncamlarla bağlı müraciət edərək torpaq sahəsinin cizgi planını istəyən vətəndaşları müxtəlif bəhanələrlə geri qaytarır. Planı almaq üçün müəyyən şərtlər irəli sürür.
Bildirilir ki, bu qanunsuz əməllərə görə məsuliyyət icra başçısı Elşən Salahovun üzərinə atılır. İddia olunur ki, bütün bunlar məhz icra başçısının tapşırığı əsasında həyata keçirilir.
Yerli sakinlər artıq baş verənlərlər bağlı ölkə rəhbərliyinə müraciət etmək niyyətindədirlər.(reportyor.info)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam