Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Xəzər rayonunda nə baş verir? – Elşən Salahovun qohumları ilə bağlı ilginc iddialar /ŞİKAYƏT

Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovun yaxın qohumları ciddi narazılıqlara səbəb olan addımlar atır.

Yenixeber.org: Bu barədə redaksiyamıza rayondan daxil olan müraciətdə bildirilir.
İddia olunur ki, Elşən Salahovun Arif adlı yaxın qohumu və onun Yaşar adlı dostu rayon ərazisindəki inşaat işlərinə bu və ya digər formada müdaxilə edir.

Xəzər Rayon İcra Hakimiyyətində heç bir vəzifə tutmayan adıçəkilən şəxslər onların razılığı olmadan inşaat işlərinin aparılmasını qadağan edib.

Rayondan daxil olan müraciətdə iddia olunur ki, Arif və Yaşar adlı şəxslər onlarla razılaşmayan vətəndaşlara tikinti aparmağa imkan vermir.

Bundan başqa, onlar qeyri-qanuni tikintilərə də rəvac verir.
Müraciətdə hətta bunun müqabilində alınan konkret məbləğlər də açılanıb.
Bildirilir ki, onların qanunsuz hərəkətləri barədə yerli icra hakimiyyətinə müraciətlər edilsə də, heç bir nəticəsi olmayıb.

Məlumatda həmçinin qeyd edilir ki, Elşən Salahov Suraxanı Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin keçmiş rəisi Mehman Hüseynovun Natiq adlı qardaşı oğlunu da tikinti işləri ilə bağlı “əməliyyatlara” cəlb edib.
Bir neçə il əvvəl Elşən Salahov Xəzər Rayon İcra Hakimiyyətində keçirilən əməliyyatla gündəmə gəlmişdi. Həmin vaxt əməliyyat zamanı qurumun təsərrüfat şöbəsinin müdiri Tural Zeynalov saxlanıılmışdı. Onun cinayət başında yaxalandığı barədə məlumatlar yayılsa da, sonradan 200 manat cərimə müqabilində azadlığa buraxılmışdı.
Mediada gedən məlumatlarda iddia edilirdi ki, Tural Zeynalovun azadlığa çıxmasında Elşən Salahovun böyük rolu olub. Bu, Tural Zeynalovun qanunsuz əməllərində Elşən Salahovun da məsulyyət payının olması ilə əsaslandırılırdı.(Reportyor.info)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam