Redaktor seçimi
Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb -
Ağsuda dövlətin pulu küçələrin işıqlandırılması adı ilə “qaranlığa qərq olur” –
“Samur” Gömrük Terminalındakı Rüfət Qəhrəmanov kimdi? — Şahin Bağırovun adamı yoxsa… /
Bakı Dövlət Universitetində korrupsiya faktları aşkarlandı -
Sahil Babayevin gücü qarşısında Qanunlarımız və İcra Mexanizmi aciz qalıb -
Qusarçay Saleh Məmmədovun Daş Karxanasında belə “buxarlanır” –
Məzahir Pənahov dövlətin pulunu necə xərcləyir?:
Cavanşir Feyziyev Seçki Məcəlləsinin tələblərini NECƏ POZUR? – 
Günün xəbəri

“Nar” və “YAŞAT” Fondu şəhid ailələri üçün layihə həyata keçirilib -FOTOLAR

“Nar” və “YAŞAT” Fondu şəhid ailələri üçün layihə həyata keçirilib

27 sentyabr – Anım Günündə “Nar”ın dəstəyi, “YAŞAT” Fondunun təşkilatçılığı ilə şəhid ailələri üçün layihə həyata keçirilib. Layihə çərçivəsində şəhid ailələrinin üzvlərinin Xankəndi və Şuşa şəhərlərinə iki günlük səfəri baş tutub.

Yenixeber.org: İştirakçılar Xankəndi və Şuşa şəhərləri, burada həyata keçirilən bərpa-quruculuq işləri ilə tanış olmaq imkanı əldə ediblər. Səfər zamanı şəhid ailələrinin üzləri, həmçinin Cıdır düzünü, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksini, Şuşa qalasını, İsa bulağını, Yuxarı Gövhər Ağa məscidini, ev-muzeyinə ziyarət ediblər.

Qeyd edək ki, “Nar”ın korporativ sosial məsuliyyət (KSM) strategiyasının əsas istiqamətlərindən biri milli-mənəvi irs və vətənpərvərlikdir. Bununla əlaqədar “Nar” daim şəhid ailələri və qazilərə xüsusi diqqət yetirir, eyni zamanda işğaldan azad edilmiş ərazilərin bərpası üzrə layihələrə dəstək verir. Mobil operatorun dəstək olduğu sosial layihələr haqqında buradan ətraflı məlumat əldə edə bilərsiniz.

Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığı qarşılığında üstün xidmət təqdim edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam