Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Əhalinin ödəyə bilmədiyi kreditlər silinə bilər

1417296084_1962

 

“Milli Məclisdə təklif edəcəm ki, bankirləri yığıb toplantı keçirək və baxaq görək onların dərdləri nədir.
Azərbaycanda niyə problemli kreditlər bu qədər artır? Banklar əhalidən 9-10%-dən əmanətlər götürür və 30-35%-dən kredit verir. Bankın 20-25% xərci ola bilməz. Bu məsələ çox ciddi diqqət yetirmək lazımdır“.

 

Xeberinfo.com:   Məlumata görə, bunu Baku.ws-ə açıqlamasında millət vəkili, Milli Məclisin İqtisadi siyasət Komitəsinin üzvü Vahid Əhmədov söyləyib. Onun sözlərinə görə, ölkədə qaytarılmayan kreditlərin həcmi hər ötən ay artır və bunun qarşısı alınmalıdır: “Bilirsiniz ki, cənab prezident bu məsələyə toxunub, amma təəssüf ki, kreditlər azalmaq bilmir. Qaytarılmayan kreditlər artıq 1,4 mlrd. manata çatıb. Bu hal Azərbaycanın maliyyə vəziyyəti üçün problemlər yaradır. Gecikdirilən kreditlər içərisində elə kreditlər var ki, bəlkədə onların qaytarılma imkanı sıfıra bərabərdir. Bütün bunlar araşdırılmalıdır. Bank özü də məsuliyyət daşımalıdır. Kredit hansı məqsədlə verilibsə, buna nəzarət edilməlidir. Biznes üçün verilən kreditlərdən gedib müştəri maşın və ya ev alırsa bu, sonda arzuolunmaz vəziyyətə gətirib çıxarır. Əgər biz bankların dəqiq problemlərini bilsək onlara hansı maliyyə yardımı məsələsini də qaldıra bilərik”.
vahid ehmedovMillət vəkili vurğulayır ki, bank kredit faizini 30-35%-ə verir və sonradan bunu qaytarmaq qeyri-mümkün hala çevirilir. Prezident sahibkarlığın inkişafı ilə bağlı ciddi qərarlar verib:“Bu qərarlar onun üçündür ki, Azərbaycan gələcəkdə iqtisadi problemlərlə üzləşməsin. Neftin qiyməti yenə ucuzlaşır və bu, manatın növbəti devalvasiyasına gətirib çıxara bilər. Bir tərəfdən də problemli kreditlər əngəllər törədir. Azərbaycanda bank sektoru normal işləməsə ölkə iqtisadiyyatı üçün problemlərin yaranması qaçılmaz olacaq. Ehtiyyac varsa qanunlara dəyişiklik edilməlidir və problemin həlli istiqamətində iş aparılmalıdır. Bank sisteminə inamı qaytarmaq lazımdır. Vaxt var idi banklara qoyulan əmanətlərin 75%-i manatla idi, indi isə tərsinədir. 75% əmanətlər xarici valyutada saxlanılır. Əhalinin manata olan inamını artırmaq lazımdır. Bunun üçün də banklar müəyyən güzəştlərə getməlidir”.
Vahid Əhmədov hesab edir ki, Azərbaycanda maliyyə amnistiyasına ehtiyac var. Komitə üzvü bildirir ki, ölkədə çoxları öz vəsaitlərini xaricdə saxlayır. İnsanlar pullarından Azərbaycanda istifadə etməyə qorxurlar: “Maliyyə amnistiyası ilə bağlı qanun qəbul edilməlidir və orada göstərilməlidir ki, vətəndaş bu sahələrdə vəsaitini istifadə edə bilər. Biz elə etməliyik ki, vətəndaşlarımız xarici ölkələrə investisiya yatırımı etməsin. İnsanlar əlindəki pulu ölkəmizdə hansısa biznes sahəsinə yönəltməlidir”.
Millət vəkili bildirib ki, problemli kreditlərin azalması üçün kreditlərin strukturuna baxmaq lazımdır. Lazım gələrsə bəzi güzəştlərə gedilməlidir: “Əgər kredit götürən şəxsin vəsaiti geri qaytarmaq qabiliyyəti sıfıra bərabərdirsə, onun h


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam