Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Nar” Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini bir araya toplayıb - FOTOLAR

“Nar” Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini bir araya toplayıb - FOTO

“Nar” 22 iyul - Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini təbrik edib və onlar üçün dayanıqlılıq və iqlim dəyişikliyinə yönəlmiş maarifləndirici təlim proqramının keçirilməsini dəstəklədiyini bildirir. Bu təşəbbüs dayanıqlılıq və iqlim dəyişikliyi gündəmini effektiv şəkildə idarə edə biləcək peşəkar media nümayəndələrinin inkişafına “Nar”ın dəstəyini nümayiş etdirir.

Yenixeber.org: Dayanıqlılıq və iqlim dəyişikliyi sahəsində ekspert xidmətləri təqdim edən “Sustainera Solutions” şirkətinin müxətəssislərinin keçdiyi təlim çərçivəsində dayanıqlılıq və iqlim dəyişikliyinin təşviqində medianın həlledici rolu, eko piarın vacibliyi və dayanıqlılıq kommunikasiyasında tendensiyaların rolu barədə önəmli aspektlər vurğulanıb.

“Nar”ın İctimaiyyətlə Əlaqələr və Korporativ Ünsiyyət departamentinin direktoru Hökümə Kərimova media əməkdaşlarını təbrik edib və təlim haqqında fikirlərini bölüşüb: “Nar” olaraq məqsədimiz jurnalistləri həyati vacib ekoloji məsələlərlə bağlı ictimaiyyəti məlumatlandırmaq və cəlb etmək təşəbbüslərində dəstəkləmək və bununla da daha yaşıl və daha dayanıqlı dünyaya töhfə verməkdir. Bu il ölkəmizin COP29 tədbirinə ev sahibliyi edəcəyi üçün biz hesab edirik ki, jurnalistlərin dayanıqlılıq və iqlim dəyişikliyi məsələləri ilə bağlı məlumat vermək üçün zəruri biliklərlə gücləndirilməsi çox önəmlidir”.

Mətbuat gününü qeyd edən jurnalistlər üçün dayanıqlılıq və iqlim dəyişikliyi üzrə təlimdən əlavə Fibonacci intellektual oyunu da təşkil edilib. 30 media orqanını təmsil edən jurnalistlər 6 komandada biliklərini yarışdırıblar. 1, 2 və 3-cü yeri tutan qalib komandalara müxtəlif dəyərli hədiyyələr təqdim edilib. Tədbir haqqında qısa videonu buradan izləyə bilərsiniz.

Hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam