Redaktor seçimi
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

“Nar” Azərbaycanda turizmin inkişafını dəstəkləyir- FOTOLAR

 

Ölkənin sərfəli mobil operatoru “Nar” yerli turizmin inkişafına dəstək məqsədilə Azərbaycan Turizm Agentlikləri Assosiasiyası (ATAA) ilə qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalayıb. Memorandum sərfəli şərtlərlə mobil xidmətlərə rahat çıxış təklif edərək turist təcrübəsini artırmaq məqsədi daşıyır. Əməkdaşlıq çərçivəsində “Nar” Azərbaycana gələn turistlərə xüsusi “Nar” nömrələri təqdim edəcək.

Yenixeber.org: Memorandumun şərtlərinə əsasən, turizm sahəsində fəaliyyət göstərən agentliklər “Nar”dan bu xüsusi nömrələri sərfəli və sürətli şəkildə əldə etmək imkanından faydalanaraq turistlər üçün üstün təcrübə təmin edəcək. Müstəqil tur bələdçiləri və yerli vətəndaşlar da turistlər üçün nəzərdə tutulmuş xüsusi “Nar” nömrələrini sərfəli şərtlərlə əldə edə biləcək. Bununla turizm sahəsində çalışan agentliklər və müstəqil şəxslər xarici qonaqlarına etibarlı və sərfəli mobil xidmətlərə rahat çıxış imkanında dəstək olmaqla öz xidmətlərinə əlavə dəyər qatacaqlar.

“Nar” Azərbaycanın qeyri-neft sənayesinə töhfə verməklə turizm sektorunun inkişafını dəstəkləyir. Eyni zamanda mobil operator Azərbaycanın bir turizm məkanı kimi təbliğinə töhfə vermək üçün turistlərin sərfəli mobil xidmətlərə asan çıxışını təmin etmək öhdəliyinə sadiqliyini vurğulayır. “Nar”ın sərfəli şərtlərlə təklif etdiyi bütün xidmət və məhsulları haqqında ətraflı məlumat üçün nar.az saytına daxil ola bilərsiniz.

Hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam