Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

VƏLİ ABBASOV NƏYİN HESABINA YENİDƏN VƏZİFƏYƏ GƏTİRİLİR?! -VİDEOFAKT

Abşeronun Masazır qəsəbəsində tikinti mafiyası daha güclüdür, yoxsa icra başçısı?

Abşeron rayonu icra hakimiyyətinin Abadlıq və Kommunal xidmətlər idarəsinin keçmiş sahə rəisi Vəli Abbasov 2024-cü ilin fevral ayında 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə və nüfuz alveri) maddəsi ilə ittiham edilməklə polis nəzarətinə buraxılıb. Hazırda şəxs Abşeron rayonunda qanunsuz tikinti işlərinə rəhbərlik edir. Araşdırmalar zamanı aldığımız məlumatlara görə Vəli Abbasov yeni vəzifəyə hazırlaşır. Bu zaman belə bir sual ortaya çıxır. Necə olur ki, barəsində cinayət işi açılmış və həm də polis nəzarətində olan şəxs yenidən vəzifəyə gətirilir?

Yenixeber.org: Məsələ ilə bağlı araşdırma aparıb bu cür qanunsuz əməlin qarşısını almaq məqsədi ilə aidiyyatlı qurumlardan tədbir görmələrini xahiş edirik. Biz Vəli bəylə əlaqə saxlamağa çalışsaqda mümkün olmadı. İddia olunan qanunsuz tikililərlə bağlı video materialı təqdim edirik. Qeyd edək ki, çəkdiyimiz video görüntülərlə bağlı Vəli bəy tərəfindən heç bir açıqlama verilməyib. Biz də məsələni diqqətdə saxlayıb, mövzuya qayıdacağıq.(seher.media)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam