Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

Ombudsmandan mina partlayışı ilə bağlı çağırış

 

İşğal dövründə Ermənistan tərəfindən Azərbaycan torpaqlarında basdırılmış minalar mülki şəxslərin və hərbi qulluqçuların həyatına təhlükə yaratmaqda və son qoymaqda davam edir.

Yenixeber.org xəbər verir ki, bunu Ombudsman Səbinə Əliyeva deyib. O bildirib ki, son iki gündə işğaldan azad olunmuş Cəbrayıl rayonu ərazisində baş vermiş partlayışlar nəticəsində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşı vəfat edib, bir neçə mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

İşğaldan azad edilmiş ərazilərimizdə basdırılmış minalar və partlamamış hərbi sursatlar bölgədə bərpa və yenidənqurma işlərinin icra edilməsinə, keçmiş məcburi köçkünlərin təhlükəsiz şəkildə öz yurdlarına qayıdışına və bu torpaqlarda yaşayışına, eləcə də ekoloji problemlər və onların yaratdığı fəsadlarla mübarizə dövründə sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin olunmasına ciddi maneə törədir.

Ermənistan tərəfindən otuz ilə yaxın işğal dövründə basdırılmış minaların dəqiq xəritələrinin təqdim olunmaması isə onların beynəlxalq hüquq və beynəlxalq humanitar hüququn norma və prinsiplərinə hörmətsizliyini hələ də açıq şəkildə nümayiş etdirməkdədir.

Beynəlxalq təşkilatlar Ermənistanın mina terroruna biganə qalmamalı, törədilən hərbi və ekoloji cinayətlərə, humanitar hüquq pozuntularına, o cümlədən uşaq hüquqlarının kobud şəkildə pozulmasına sərt reaksiya verməli, dəqiq mina xəritələrinin Azərbaycana təqdim edilməsi istiqamətində bu ölkəyə ciddi təsirlər göstərməlidir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam