Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Bakı Abadlıq Xidməti tarixi binaları təmir adı ilə məhv edir –FOTOLAR

“Bakı Abadlıq Xidməti tarixi binaları təmir adı ilə məhv edir” – Memar
Yenixeber.org: Bakının tarixi binaları “təmir” adı ilə məhv edilir. Bu binalar daha bir memarlıq vandalizminin qurbanı olmağa davam edir. Bütün bu işlərə isə bütün gün tarixi binaların qorunmasındam danışan, özünün hələ heç bir real işini görmədiyimiz Bakı Abadlıq Xidmətinin baş memarı Elçin Tofiq oğlu Əliyev rəhbərlik edir. O, hazırda, xüsusən tarixi binaları, memarlıq terroruna məruz qoyur.

Bu barədə memar Dilqəm İsmayılov yazıb. O bildirib ki, sözügdedən qurum Bakının bütün tarixi binalarını məhv etməklə məşğuldur:

“Nə üçün bu binaları bu günə qoyurlar? Yaxşı bəs, Azərbaycan Memarlar İttifaqı – Union of Azerbaijan Architects, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti , Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi, Səbail Rayon İcra Hakimiyyəti, Bakı Şəhər İcra Hakimiyyəti hara baxır?
Digər qurumlar, Bakını sevən insanlar niyə səssiz qalır, mən Bakı Abadlıq Xidmətinin, xüsusən Elçin Əliyevin, gördüyü bəzi, “bərpa-təmir” işləri zamanı, binalarım orijinal məhəccərlərinin yoxa çıxardığı haqqında post yazmışdım, amma təəssüf ki, Bakı Abadlıq Xidməti səssiz qaldı, Elçin Əliyev isə heç bir cavab verməyərək məni bütün sosial şəbəkələrdən bloka atdı.

Bəsdirin artıq, Bakını, onun tarixi binalarını məhv etdiyiniz, bu qədər də olmaz! Kimsə buna bir son qoyacaq? Bu birbaşa bu şəhərə, bu şəhərin tarixinə qarşı düşmənçilikdir”.

Qeyd: Fotolar memar Abdul Hüseynova məxsusdur.

Yazıda adı keçən tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.(tribunainfo)

Nigar

   


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam