Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Dövlət Tərcümə Mərkəzi Afaq Məsudun kitabının tərcüməsi üçün 2,6 min pul ayırdı -İLGİNC


Dövlət Tərcümə Mərkəzi müsabiqə keçirmədən bir mənbədən satınalma metodu əsasında tərcüməçi və yazıçı Anne Thompson-Əhmədova ilə müqavilə imzalayıb.
Yenixeber.org: Ümumi dəyəri 2 618 manat olan müqavilənin şərtlərinə görə Anne Thompson-Əhmədova Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri, Xalq yazıçısı Afaq Məsudun 210 səhifəlik  “Duyğular imperiyası” əsərini ingilis dilinə tərcümə edəcək.

Məlumat üçün bildirək ki, satınalma müqaviləsi bir mənbədən satınalma metodu əsasında imzalanmaqla bərabər dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə də həyata keçirilməyib.
Xatırladaq ki, “Dövlət satınalmaları haqqında” Qanunun 15.1 maddəsində göstərilir ki, məxfi məlumatlar istisana olmaqla bütün dövlət satınalmaları yalnız portal vasitəsilə həyata keçirilir.
Məlumat üçün onu da qeyd edək ki, Dövlət Tərcümə Mərkəzi 2012-ci ildə yaradılıb. Mərkəz dil və tərcümə sahəsinin tənzimlənməsi istiqamətində dövlət siyasətini həyata keçirən dövlət qurumudur. Mərkəzin açıqladığı sonuncu maliyyə hesabatında qurumun 2022-ci ili 77 min 686 manat zərərlə başa vurduğu göstərilib. Son hesabat ilinin göstəricilərinə əsasən Dövlət Tərcümə Mərkəzinin zərəri 83 dəfə artıb.(yeniavaz)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam