Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Röyal Sarıməmmədov Pirallahının icra başçısı olmaq üçün hərəkətə keçib? -İDDİA

bitmap-img6

Pirallahı Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin (MKTB) sədri Röyal Sarıməmmədovun icra başçısı təyin olunacağı ilə bağlı məlumatlar yayılıb…
Yenixeber.org: 2013-cü ildən Pirallahı rayonunda icra başçısı vəzifəsini tutan Vasif İmanovun başqa bir rayona icra başçısı təyinatı gözlənilir. Vasif İmanovun yerinə Pirallahı icra başçısı olmaq istəyənlər sırasına rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin sədri Röyal Sarıməmmədovun da qoşulduğu iddia edilir. 
 
Son aylarda isə müxtəlif media orqanlarında Röyal Sarıməmmədovun haqqında daynmadan müsbət yazılar yazılmasıda onun bu planının bir parçası olduğu deyilir.
Bildirək ki, Röyal Sarıməmmədov Pirallahı rayonunda hazırkı icra başçısı Vasif İmanovun ən yaxın adamlarından biri sayılır. Belə ki, Pirallahı rayonunda torpaq, ev və obyekt tikintisinə Röyal Sarıməmmədov nəzarət etdiyi iddia edilir.
Qeyd edək ki, Röyal Sarıməmmədov iki il öncə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin 1 saylı Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Sosial Xidmət Müəssisəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi olması ilə ölkə mətbuatının gündəminə gəlmişdi. Həmin tender müsabiqəsinin şərtlərinə görə Dövlət Sosial Təminat Xidməti tərəfindən Günərzi Qayğı Mərkəzinin fəaliyyətinin təşkili məqsədilə 130 kv metr qeyri-yaşayış obyekti üçün Röyal Sarıməmmədova ildə 24 960 manat (ayda 2080 manat) ödənilib.(AzFakt.com)
Qarşı tərəfin mövqeyini verməyə hazırıq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam