Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Dövlətdən pul almaq istəyənlərin NƏZƏRİNƏ -Mütləq bunları edin - RƏSMİ AÇIQLAMA

 

Bir sıra hallarda vətəndaşlara ünvanlı sosial yardım almaqda guya köməklik edəcəkləri vədləri ilə onların vəsaitlərini mənimsəməyə çalışan vasitəçilərin olması faktları ilə qarşılaşırıq.

Yenixeber.org xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Qeyd edilir ki, qurum tərəfindən bu barədə bir neçə dəfə xəbərdarlıq məlumatları paylaşılaraq, vətəndaşlara belə dələduz vasitəçilərdən uzaq olmağı tövsiyə etmişik.

Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, ünvanlı yardımın təyinatı elektron sistem üzərindən, hər hansı kənar müdaxilə mümkün olmadan həyata keçirilir.

Sosial yardım təyinatı üçün yalnız elektron qaydada müraciət edilir və müraciət etmək üçün də heç bir ödəniş tələb edilmir.

Müraciətə e-sistem üzərindən və müxtəlif qurumların informasiya ehtiyatlarına inteqrasiya əsasında baxılır.

Yardım təyin olunub-olunmamasına dair qərar e-qaydada qəbul olunur və bununla bağlı olaraq da vətəndaşlara SMS-bildiriş göndərilir.

İstənilən şəxs ünvanlı yardım, bu yardımın hansı ailələrə təyin edildiyi və s. barədə Nazirliyin sosial.gov.az saytında “Fəaliyyət” bölməsindəki “Ünvanlı dövlət sosial yardımı” altbölməsindən (www.sosial.gov.az/fealiyyet/destek-istiqametleri/unvanli-dovlet-sosial-yardimi) ətraflı məlumat əldə edə, habelə həmin altbölmədən ünvanlı yardım üçün müraciət də edə bilər.

Eyni zamanda, “142” Çağrı mərkəzinə də müraciət edərək, bu mövzuda ətraflı məlumat almaq olar.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam