Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Bu gün Ümumdünya Böyrək Günüdür

Bu gün Ümumdünya Böyrək Günüdür                         
           Martın 10-u Ümumdünya Böyrək Günüdür.

Yenixeber.org: 2006-cı ildən etibarən hər il martın ikinci cümə axşamı Ümumdünya Böyrək Günü qeyd olunur. Əslində, bu, böyrəyin əhəmiyyəti haqqında qlobal informasiya və maarifçilik kampaniyasıdır. Ümumdünya Böyrək Gününün qeyd edilməsi Beynəlxalq Nefroloqlar Cəmiyyəti və Beynəlxalq Böyrəklər Fondu Federasiyasının birgə səylərinin nəticəsində mümkün olub.

Böyrəklər bizi sağlam saxlamaq üçün bir çox vacib vəzifələri yerinə yetirən mürəkkəb orqanlardır. Böyrəklərin əsas işi qandan toksinləri və artıq suyu çıxarmaqdır. Böyrəklər, həmçinin qan təzyiqini idarə etməyə, qırmızı qan hüceyrələrini istehsal etməyə və sümükləri sağlam saxlamağa kömək göstərir. Hər biri təxminən yumruq ölçüsündə olan böyrəklər qarın boşluğunun dərinliyində, qabırğa qəfəsinin altında yerləşir. Böyrəklər natrium və kalium da daxil olmaqla, bir çox mineral və molekulların qan axını səviyyələrini idarə edir, qanın turşuluğunu tənzimləməyə kömək göstərir. Böyrəklər hər gün bədəndəki duzu və suyu tənzimləyir ki, qan təzyiqi eyni qalsın.

Xroniki böyrək xəstəliyi bütün dünyada epidemiyaya çevrilmiş böyük ictimai sağlamlıq problemidir. Böyrək xəstəliyi erkən aşkar edilərsə, qarşısını almaq mümkündür. Xəstəlik haqqında məlumatlılığın olmaması onu erkən mərhələdə aşkarlamağa imkan vermir. İnsanlar öz xəstəliklərindən xəbərsiz olduqları üçün böyrək çatışmazlığı inkişaf edir və onların həyat keyfiyyəti pisləşir.

Dünyanın müxtəlif yerlərində aparılan araşdırmalar göstərib ki, xəstəlik haqqında məlumatlılıq 10 faizdən aşağıdır. Bu səbəbdən xəstəlik son mərhələdə böyrək çatışmazlığı mərhələsinə keçir, həmçinin əlilliyə və ölüm nisbətlərinin artmasına səbəb olur.

Böyrək Gününün qeyd olunmasının əsas məqsədi beynəlxalq və dövlət təşkilatlarının, siyasi strukturların diqqətinin səhiyyəyə cəlb edilməsi, səhiyyə sisteminin inkişafına yardım göstərmək, böyrək xəstələri problemi ilə əlaqədar səylərin birləşdirilməsidir. Həmçinin məqsədlər sırasında tibbin bu sahəsində mütəxəssislərin təcrübə mübadiləsinin aparılması, böyrək xəstəliklərinin profilaktikası, müalicə keyfiyyətinin yaxşılaşdırılması, xəstələrə yardım göstərilməsi üçün yeni dərman preparatları və tibbi avadanlıqların hazırlanmasına diqqəti cəlb etmək də var. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, müxtəlif ölkələrdə 1 milyon əhalinin 1200 nəfərində xroniki böyrək çatışmazlığı müşahidə olunur. Onlardan 650 nəfəri dializ müalicəsi alır.

Ümumdünya Böyrək Günü çərçivəsində elmi-praktik konfranslar təşkil olunur, xəstəliyin profilaktikası, ictimaiyyətin maarifləndirilməsi istiqamətində müzakirələr aparılır. Keçirilən tədbirlərin məqsədi ictimai səhiyyə sahəsində çalışan mütəxəssislərin və ictimaiyyətin diqqətini geniş yayılmış xroniki böyrək çatışmazlığı, böyrək xəstəliyinin aşkarlanmasına və müalicə üsullarına yönəltməkdir.

Unutmamalıyıq ki, xroniki böyrək xəstəliklərinin qarşısını almaq və onları müalicə etmək mümkündür...(AZƏRTAC)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam