Redaktor seçimi
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
Günün xəbəri

Cəlilabadda “KAMXOZ”-un müdiri fəhləni təhqir edib?-ŞİKAYƏT

Cəlilabadda daha bir məmur özbaşənalığı ilə bağlı redaksiyamıza şikayət məktubu daxil oldu.

Yenixeber.org: Belə ki, özünü “KAMXOZ” idarəsinin fəhləsi kimi təqdim edən Həmzə Sadıqov adlı şəxs müdir tərəfindən təhqir olunduğunu bildirir. Şikayətçinin iddialarına görə rayonda aidiyatı qurumlara şikayət etməsinə baxmayaraq heç bir tədbir görülmür.

Məsələ ilə bağlı "KAMXOZ"-un müdiri İslam İsgəndərovla əlaqə saxlamağa çalışdıq. Əfsüslər olsun ki, adı hallanan rəhbər şəxslə əlaqə qura bilmədik.

Cəlilabad rayon Xəlilli kənd sakini şikayətçi H. Sadıqov daha sonra əlavə edir ki, İslam müəllim fəhləni ən ağır formada təhqir edir. Maraqlı məqam ondan ibarətdir ki, müdir hansı haqla öz işçisini təhqir etməlidir?

Əgər əməkdaş işində ciddi nöqsanlara yol verirsə, qanun çərçivəsində ölşü götürülür, İslam müəllim kimi bir başa təhqirə yol vermir. Çox istərdik ki, dövlət müəssisələrində əməkdaşların hüquqları qorunsun və rəhbərlik tərəfindən şəxsiyyətləri alçaldılmasın. Təbii ki, baş verən özbaşınalıqlarla bağlı rəsmi müraciət olunacaq.(dosye.org)

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam