Redaktor seçimi
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
Günün xəbəri

Qarabağ vetranı baş prokurordan kömək istədi - İradə Gülməmmədovanın "Vimay Klinikasından" şikayət -TƏFƏRRÜAT

Bir neçə gün bundan öncə redaksiyamıza müraciət edən Zəngilan - Qubadlı istiqamətində gedən döyüşlərin iştirakçısı, Qarabağ veteranı Ümid Kərimlinin  "Vimay Klinikasında" Lor estetik cərrah həkimi Şəhla Həsənova tərəfindən uğursuz əməliyyat olunması haqqında məlumat vermişdik. 

Yenixeber.org: Qarabağ veteranının şikayətindən sonra sözügedən klinika Abşeron rayon keçmiş icra başçısı adı dəfələrlə korrupsiya əməllərində və adı müxtəlif qalmaqallarda hallanan İradə Gülməmmədovaya məxsus olduğu kimi iddialarda irəli sürüldü amma bu günə kimi sözügedən problem həlini tapmır. Adiyyəti qurumlar nədənsə özünü görməməzliyə vurub susurlar.

Əlacsız qalan 44 günlük  "Vətən müharibəsi"nin iştirakçısı Ümid Kərimli ölkənin baş prokuroru cənab Kamran Əliyevə açıq muraciət edərək ondan köməklik istəyib. 

Sözü gedən müraciəti təqdim edirik: 

Cənab baş prakuror, 

Mən Vətən müharibəsi Veteranı Kərimli Ümid Cahid oğlu burnumun çəpər əyriliyi, nəfəs ala bilməmək problemi və burnumun çöl tərəfdən əyriliyi problemləri var idi. 2023 cü ilin iyul ayında tiktok sosial şəbəkəsində lor dr Şəhla Həsənovanın paylaşdığı videoları gördüm və əlaqə nömrəsinə zəng etdim. 

Mənimlə Əli adında olan köməkçisi telefonla danışdı və mən burnumda olan problemləri ona dedim və ona bildirdim ki, mən artıq 2 dəfə çəpər əyriliyi əməliyyatı olmuşam amma uğursuz alınıb o mənə cavab olaraq bildirdi ki, bizim həkimimiz ideal bir həkimdi heç bir əməliyyatında problem ola bilməz, əyər bizdə əməliyyat olsanız nəfəs almamaq probleminiz və burnunuzun əyriliyi problemi olmayacaq. 

Mən Həkimnən görüşmək üçün klinikaya dəvət olundum. Həkimlə söhbətimdə yenə burnumda olan problemləri dedim, və onu bildirdim ki, mən burnumdan 2 dəfə uğursuz çəpər əyriliyi əməliyyatı keçirmişəm siz mənim nəfəs almaq problemimi və burnumda olan əyriliyi aradan qaldıra biləcəksinizmi? 

Oda cavab olaraq bildirdi ki, Bəli mən bunu bacaracam. Daha sonra mənə dedi ki, əməliyyatdan çıxanda artıq siz nəfəs ala biləcəksiniz. 2800 AZN əməliyyatın qiymətin dedi mənə amma mən Müharibə Veteranı olduğum üçün 1550 manat aldılar.

Əməliyyat üçün aldıqları pulun qəbizin və əməliyyat olunmağımla bağlı heç bir sənəd vermədilər mənə. Mən qəbiz soruşduqda isə mənə qəbz nəyə lazımdır deyə cavab verdilər. 

Əməmliyyatımdan 4 ay keçməyinə baxmayaq hal hazırda nəfəs ala bilmirəm və bu mənim səhhətimdə ciddi narahatçılıq yaradır. Gecələr yuxusuzluq, təngənəfəslik, baş ağrıları, halsızlıq və s. kimi şikayətlərim var. Bu şikayətləri həkimə bildirdikdə isə mənə çox gülünc cavab verib deyir ki, ən azı 1-2 il gözləməlisən nəfəs almaq üçün. 

Mən bu cavaba inanmayıb başqa lor həkimlərinin qəbuluna getdim və bir çox həkim mənə əməliyyatımın uğursuz olunduğunu dediler. Cənab baş prakuror Sizdən bir Vətən müharibəsi Veteranı kimi xahiş edirəm ki, mənim işimə ciddi şəkildə baxılması üçün göstərişlər verəsniz.(Azerbaycanreallığı) 

Hörmətlə: Qarabağ vetranı Ümüd Kərimli 

Əlaqə nömrəm (050) 4258916 

Email: kerimli.umid20@gmail.com 

Əməliyyat olunduğum klinika: Binəqədi rayonu,M.Ə.Rəsulzadə qəsəbəsi, Davudoğlu küç. 12A ünvanında yerləşən. Vimay klinikası.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam