Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Klinikada həkim “hörmət” istədi -düz kameranın altında, verdim

Dünən yolumuz Kliniki Tibbi Mərkəzə düşdü. Ad dəyişilsə də, qalan hər şey yerli-yerindədir. Həyatımda ilk dəfə təcili yardımdan xəstənin qaçdığını orada gördüm. Adam içəridə hansı münasibəti görmüşdüsə, halsız vəziyyətdə olsa da, özünü qapıdan çölə atdı. Sonra həkimlər çıxıb xəstəni axtarmağa başladılar.

Yenixeber.org: Bu sözləri jurnalist Çingiz Səfərli qeyd edib.

“İkinci bir məsələ açıq bazarın hələ də qalmasıdır. Deməli, təcili yardıma xəstə gəlir. Xəstəni müayinə edirlər, ardınca birinci tibb bacısı gəlir və "hörmət" istəyir. 5 manat verib yola salırsan və deyir ki, bir azdan da həkim gələcək. Normalda belə pul istəyənləri acılayıram, amma düz kameranın altında istədi və kameraların çəkdiyini deməyimə baxmayaq," fərqi yoxdur" deyə cavab verdiyi üçün ovcuna 5 manat basdım. Çıxanda da həkimə 10 manat verdim. Vəziyyət belədir. Buna rəğmən də hər gün "səhiyyəmiz inkişaf edir, ay mütəxəssislərimiz elədir, belədir" tipli açıqlama verirlər. Bu da TƏBİB və onun xəstəxanalarda yaratdığı şərait. Kliniki Tibbi Mərkəz hələ bunların ən yaxşısıdır...” – o bildirib.(Axar)



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam