Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Gəncə Gənclər Evində şübhəli satınalmalar –Qalib elan edilən “ailə podratı” kimindir?

 
Gəncə Gənclər Evi Sosial Xidmətlər Mərkəzi (SXM) 2022-ci ilin may ayının 12-dən 2023-cü ilin may ayının 3-dək dörd lot üzrə satınalma keçirib.
Yenixeber.org: Bu satınalmaların ümumi məbləği 72.032 manat təşkil edib.

Gəncə Gənclər Evində şübhəli satınalmalar

Gəncə Gənclər Evinin 2022-ci ilin may ayının 12-də sifrişçi olduğu “tədbirlər” lotu üzrə satınalmanın məbləği 28.394 manat təşkil edib. Bu satınalamda fiziki şəxs Daşdəmirova Vüsalə Nizaməddin qızı qalib elan edilib.

Gəncə Gənclər Evinin sifarişçi olduğu növbəti satınalmaya 2022-ci ilin may ayının 18-də yekun vurulub. “Dəftərxana və təsərrüfat malları” lotu üzrə keçirilən bu satınalmanın məbləği 9.407 manat, qalibi isə “Eltun 2006” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

Gəncə Gənclər Evində şübhəli satınalmalar

“Eltun 2006” MMC 2018-ci ilin may ayının 2-də dövlət qeydiyyatına alınıb. Şirkətin hüquqi ünvanı Samux rayonu, Kolayır kəndi, qanuni təmsilçisi isə altı gün öncə Gəncə Gənclər Evinin sifarişçi olduğu digər satınalmasında fiziki şəxs qismində qalib elan edilən Daşdəmirova Vüsalə Nizaməddin qızıdır.
Gənclər Evinin növbəti satınalması 2022-ci ilin iyul ayının 7-də keçirilib. “Dəxtərxana və təsərrüfat mallarının satınalınması” lotu üzrə keçirlən bu satınalmanın məbləği 9.440 manat, qalibi isə “ASIYA080” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

Gəncə Gənclər Evində şübhəli satınalmalar

“ASIYA080” MMC 2022-ci ilin fevral ayının 18-də təsis edilib. Şirkətin hüquqi ünvanı Ucar şəhəri, Ş Qurbanov ev 37, qanuni təmsilçisi isə Mahmudov Rəfail Mahmud oğludur.

Gəncə Gənclər Evi son satınalmaya cari ilin may ayının 3-də yekun vurub. “İstehlakyönlü xidmətlərin (tədbirlərin) satınalınması” lotu üzrə keçirilən satınalmanın məbləği 24.791 manat olub. Satınalmada “FATİMƏ M” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilib.

Gəncə Gənclər Evində şübhəli satınalmalar

“FATİMƏ M” Məhdud Məsuliyyətli Cəmiyyəti 2022-ci ilin oktyabr ayının 18-də dövlət qeydiyyatına alınıb. Bu MMC-nin hüquqi ünvanı Ucar şəhəri, Ş Qurbanov ev 11, qanuni təmsilçisi isə Mahmudov Orxan Rafail oğludur.

Orxan Mahmudov Gəncə Gənclər Evinin 2022-ci ilin iyul ayının 7-də yekun vurduğu satınalmada qalib elan edilən “ASIYA080” MMC-nin qanuni təmsilçisi Rafail Mahmudovun oğludur.

Hər üç MMC-nin fəaliyyət profili, faktiki ünvanı, əlaqə telefonu barədə açıq internet resurslarında məlumat yoxdur.

Fəaliyyət profilləri barədə heç bir məlumat olmayan, qanuni təmsilçilərini qohumluq əlaqələri birləşdirən MMC-lərin hansı meyarlara əsasən 2 il ardıcıl olaraq Gəncə Gənclər Evinin sifarişçi olduğu satınalmalarda qalib elan edilmələri ortaya bir sıra suallar çıxarır.

Gəncə Gənclər Evində şübhəli satınalmalar
Amil Qurbanov, Gəncə Gənclər Evi SXM-nin direktoru

Qlobal.az məsələ ilə bağlı Gəncə Gənclər Evi Sosial Xidmətlər Mərkəzindən mövqe öyrənib.
Gəncə Gənclər Evi SXM-nin direktoru Amil Qurbanovun açıqlamasında deyilir: “Bildiririk ki, 2022-2023-cü illərdə Gəncə Gənclər Evi tərəfindən kotirovka sorğusu üçün elan verilmişdir. Elan nəticəsində müraciət edən təşkilatların ən aşağı qiymət təklif edəni seçib Azərbaycan Respublikası Satınalmalar üzrə Dövlət Agentliyinə göndəririk. Nəticə etibarı ilə təsdiqlənir və sənəd olaraq bizə göndərilir. Qeyd: Elan müddətində istənilən təşkilat sorğuda rahat şəkildə iştirak edə bilər və bütün müraciətlər ( qohumluq əlaqəsi necə olur olsun ) sistem tərəfindən təsdiqlənir. Bildiyininz kimi elan verən təşkilat elanın vaxtı bitənə qədər heç bir təklifi görə bilmir və müdaxilə edə bilmir. Qanunvericiliyə əsasən bir ünvanda fərqli təşkilatlar və yaxudda qohumluq dərəcəsi necə olursa olsun təşkilat qeydiyyatdan keçirə bilər və müstəqil şəkildə kotirovka sorğusunda iştirak edə bilər. Bunları araşdırmaq bizim vəzifəmiz deyil. Hər hansı problem olduğunda sistem tərəfindən qəbul edilmir. Beləliklə bildirmək istəyirik ki, sorğuda istənilən təşkilatın iştirakı müstəqildir. Hər iki ildə müraciət edən üç təşkilat yetərsay olduğu üçün aşağı qiymət göstərən birini seçirik və əlavə təşkilatların müraciətlərinin qarşısını ala bilmirik. Yəni digər təşkilatlar sorğuda iştirak edə bilərlər. Əlavə olaraq qeyd edim ki, təşkilatlardan biri narazı olduğu halda satınalmalara müraciət edib nəticələri ləğv etdirə bilir”.
Qeyd edək ki, Gəncə Gənclər Evi Sosial Xidmətlər Mərkəzi Gənclər və İdman Nazirliyinin tabeliyində fəaliyyət göstərir. //Qlobal.az//

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam