Redaktor seçimi
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Günün xəbəri

Bir ayda 812 ZƏHƏRLƏNMƏ -7 nəfər ölüb

May ayı ərzində Kliniki Tibbi Mərkəzə (KTM) zəhərlənmə ilə bağlı 812 nəfər müraciət edib. 

Yenixeber.org: Mərkəzin Mətbuat xidmətindən  verilən məlumata görə, onlardan 167-si Toksikologiya şöbəsinə qəbul edilib, digərlərinə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb. 

Qəbul olan xəstələrdən 83-ü dərmandan, 41-i sirkə turşusundan, 2-si dəm qazından, 13-ü alkoqollu içkidən zəhərlənib. Digərlərindən 2-si anaflaksiya, 13-ü allergik reaksiya, 4-ü isə botulizm, 9-u isə ilan sancması səbəbindən xəstəxanaya yerləşdirilib. 

Zəhərlənən şəxslərin 72-si qadın, 79-u kişi, 16-sı isə uşaq olub. Həkimlərin səylərinə baxmayaraq, 5 nəfər sirkə turşusundan, 1 nəfər qeyri üzvü turşudan, 1 nəfər isə komatoz vəziyyətdən dünyasını dəyişib. Dünyasını dəyişən şəxslərdən 4-ü kişi, 3-ü qadındır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam