Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Xəzərin sahil zolağı tullantılardan təmizlənib

Xəzər dənizinin Zirə qəsəbəsi sahilində, eyni zamanda şimaldan cənuba doğru bütün sahilboyu ərazilərdə təmizlik aksiyaları keçirilib. 

Yenixeber.org: Aksiyada Ekologiya və Təbii Sərvətlər, Gənclər və İdman Nazirliklərinin təşkilatçılığı, “Təmiz Şəhər” ASC-nin, idman federasiyalarının nümayəndələri və ekokönüllüləri iştirak ediblər. 

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev çıxışında bildirib ki, hazırda sahilboyu Xaçmazdan Cənuba qədər bu aksiyalar keçirilir və hər həftə mövsüm boyunca davam edəcək. 

"Keçirilən aksiya zamanı sahil zolağı plastik və digər tullantılarından təmizlənir, tullantılar toplanaraq aidiyyəti üzrə daşınır. Təmizlik aksiyasının keçirilməsində məqsəd dəniz sahillərində təmizliyə riayət olunmasını təbliğ etmək, sahilyanı ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq və ictimaiyyəti ətraf mühitinin mühafizəsi sahəsində mübarizəyə cəlb etməkdir. Hər bir vətəndaş Xəzər sahilinə, çay kənarına gəlirsə, düşünməlidir ki, ondan sonra da kimsə həmin məkana üz tutacaq. Bələdiyyələr, icra orqanları sahilyanı əraziləri təmiz saxlamağa çalışırlar. Lakin vətəndaşların da dəstəyi önəmlidir. İnanırıq ki, vətəndaşlar Xəzər sahillərində istirahət etməyə gələndə öz tullantılarını ərazidə qoyub getməyəcək, özləri ilə götürüb aparacaqlar". 

Gənclər və idman naziri Fərid Qayıbov çıxışında bildirib ki, bu istiqamətdə maarifləndirmə işləri hər kəs tərəfindən aparılmalıdır ki, tədbirlərin keçirilməsinə ehtiyac qalması: "Ekologiyanı qorumaq hər kəsin borcudur". 

Aksiyada iştirak edən Azərbaycan paracüdoçusu İlham Zəkiyevin sözlərinə görə, bütün idman ictimaiyyəti bu aksiyaya qoşulub:

"Vətəndaşlar istirahət etdikdən sonra tullantıları torbalara yığıb zibil qutularına atsalar, bu cür aksiyaların keçirilməsinə ehtiyac qalmaz. 

O qeyd edib ki, ətrafı təmiz saxlamaq hər kəsin borcudur, gələcək nəsillərə təmiz gələcək qoymalıyıq. Ümid edirik ki, keçirilən aksiya nəticəsiz qalmayacaq. 

Azərbaycan Cüdo Federasiyasının Cüdoçuları da keçirilən aksiya zamanı ən çox sellafon torbalara, plastik tullantılara, sümük qalıqlarına, köhnəlmiş

paltarlarlara və əşyalara rast gəliblər. 

Onların sözlərinə görə, çimərlik mövsümünün yaxınlaşmasını da nəzərə alsaq, xüsusən də Xəzərin sahilini tullantılardan təmiz saxlamaq vacibdir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər kəsi ətraf mühitin mühafizəsinə yönələn bu cür tədbirlərdə fəal iştirak etməyə, təbiətə qayğı və həssas münasibət göstərməyə çağırır. 

Aksiyadan sonra iştirakçılar Abşeron Milli Parkını ziyarət ediblər. 

Qeyd edək ki, sahilboyu ərazilərin təmizlənməsi məqsədi daşıyan bu cür aksiyaların mövsüm boyu hər həftəsonu keçirilməsi nəzərdə tutulub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam