Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

QHT Agentliyi satınalma qanununu pozub -DE-FAKTO

 Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi sifarişçi olduğu növbəti satınalmaya yekun vurub.

Yenixeber.org: Agentliyin "Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün ətraf mühit və minasız həyat adlı Beynəlxalq forumun təşkilinin satınalınması" lotu üzrə keçiriyi satınalmanın məbləği 76.620 manat, qalibi isə "SA SERVICES" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
"SA SERVICES" MMC 2019-cu ilin fevral ayının 21-də dövlət qeydiyatına alınıb.

QHT Agentliyi satınalma qanununu pozub

Şirkətin nizamnamə kapitalı 10 manat, hüquqi ünvanı Nəsimi rayonu, Nizami küçəsi, ev 133, mənzil 1 ünvanıdır.
"SA SERVICES" MMC-nin qanuni təmsilçisi Kazımova Nadiyat Xeyrəddin qızıdır.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə beynəlxalq forum təşkil edəcək web ünvan; olmayan "SA SERVICES" MMC-nin fəaliyyət profili, təcrübəsi, əlaqə vasitələri barədə açıq internet resirslarında məlumat yoxdur.

QHT Agentliyi satınalma qanununu pozub
Eyni zamanda "SA SERVICES" MMC-nin hazırda dövlətə 2.137 manat vergi borcu var.
Azərbaycan Respublikasının "Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə isə vergi borcu olan şirkətlərin tenderdə iştirakı yolverilməzdir.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin sədri Milli Məclisin deputatı Azay Quliyevdir.(qlobal.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam