Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Naxçıvanda "Nar"ın yeni mağazası təqdim edildi-FOTOLAR

 

18 aprel tarixindən etibarən, “Nar” abunəçiləri Naxçıvan şəhəri, Təbriz küçəsi 1 ünvanında yerləşən “Nar”ın yenilənmiş mağazasında üstün müştəri xidmətləri ala biləcəklər. Mağazada ziyarətçilərə nömrələrin satışı, bərpası, və dublikatının çıxarılması kimi xidmətlərlə yanaşı mobil telefonların, müxtəlif cihazların və aksesuarların satışı da həyata keçirilir.

Yenixeber.org: Yeni konseptli mağaza ilə yanaşı, “Nar” abunəçilərinə Muxtar Respublika ərazisində fəaliyyət göstərən ən geniş mobil şəbəkələrdən birini təqdim edir. Naxçıvan şəhəri ilə yanaşı, Ordubad, Şahbuz, Culfa, Sədərək, Babək və Kəngərli rayonlarında “Nar” abunəçiləri yüksək sürətli və kəsintisiz mobil rabitə xidmətlərindən istifadə edir.

Mobil operatorun regionlara xüsusi diqqətini vurğulayan “Nar”ın Baş İcraçı Direktoru Qunnar Panke bildirib: “Naxçıvandakı abunəçilərimizə üstün müştəri təcrübəsi təqdim etməklə yanaşı, Muxtar Respublikaya geniş həcmli investisiya edirik. “Nar” artıq Naxçıvan şəhərində və Muxtar Respublikanın rayonlarında ən geniş mobil şəbəkələrdən birinə sahibdir. Bundan başqa, faydalı sosial layihələrimizlə Naxçıvan sakinlərinə dəstək olmaqdayıq. Buradakı fəaliyyətimizlə bağlı aldığımız xoş rəylər bizi çox sevindirir və bizi müştərilərimizə daha da yüksək xidmət göstərməyə sövq edir”.

Müştərilərə ən üstün xidmət strategiyasına uyğun olaraq, “Nar” ilin sonuna kimi ölkə boyunca 17 mağazasını tamamilə yeniləməyi və ziyarətçilərə daha da yüksək xidmət göstərməyi planlaşdırıb. “Nar” mağazalarının ünvanı və xidmətlər haqqında ətraflı məlumatı nar.az/map səhifəsindən öyrənmək olar.

“Nar” hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.


 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam