Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Qusar polisi məktəblilərin qonağı olub -FOTOLAR

Qusar  Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun  2 saylı tam orta məktəbində narkomaniyanın fəsadlarından bəhs edən maarfiləndirmə mövzusunda tədbiri keçirilib.

Yenixeber.org: “Narkomaniyaya yox deyək” mövzusunda keçirilən görüşdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Eldar İlyasov  narkotik vasitələrin cəmiyyət üçün yaratdığı problemlərdən danışaraq, bu maddələrin fəsadları barədə geniş məlumat verib. Gəncliyin fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törədən və ağır zərbə vuran narkomaniyanın mənfi nəticələrindən söz açan şöbə rəisi, ölkənin hər yerində narkomanlığa qarşı ciddi mübarizənin aparıldığını qeyd edib. Çıxışının sonunda isə E.İlyasov  gənclərə daima diqqətli olmalarını, cinayət yolundan uzaq durmalarını, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər haqqında məlumatlı olduqları zaman isə mütləq valideynlərinə və hüquq mühafizə orqanlarına məlumat vermələrini məsləhət görüb.

Sonra çıxış edənlər isə narkomaniya əleyhinə aparılan tədbirlərin hazırda aktual xarakter daşıdığını, yeniyetmə və gənclərlə təşkil edilən bu cür görüşlərin əhəmiyyətini qeyd ediblər.

Həmçinin çıxış edən RPŞ-nin azyaşlılar üzrə baş inspektoru, polis mayoru  Səlahəddin Əmrullayev erkən nikahın fəsadlarından bəhs edib.

Tədbirin sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam