Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Qusarda polis əməkdaşları şagirdlərlə görüş keçiriblər -FOTOLAR

  

Qusar Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Urva kənd tam orta məktəbində «Narkomaniyaya yox deyək!» və "Erkən nikahın fəsadları" mövzularında maarifləndirici tədbir keçirilib.

Yenixeber.org: Tədbirdə çıxış edən RPŞ-nin rəisi,  polis  polkovniki  Eldar İlyasov dövrümüzün bəlası olan narkomaniyanın insanlara vurduğu mənəvi və maddi zərərlərdən danışıb. Bu bəlaya düçar olmuş şəxslərin sağlam həyata qayıtmasının çox çətin olduğunu qeyd edən E.İlyasov şagirdlərə diqqətli olmağı, narkotik aludəçisinə çevrilmiş şəxslərdən uzaq durmağı tövsiyə edib. Çıxışının sonunda narkomaniyanın tək ölkəmiz üçün deyil, bütün dünya üçün təhlükə mənbəyi olduğunu xatırladan və narkomaniyaya qarşı ölkəmizdə aparılan mübarizədən, qəbul olunan dövlət proqramından danışan rayon  rəisi son illərdə bu istiqamətdə aparılan genişmiqyaslı maarifləndirici tədbirlərin əhəmiyyətindən bəhs edib.

 

Daha sonra RPŞ-nin azyaşlılar üzrə baş inspektoru Səlahəddin Əmrullayev çıxış edərək erkən nikahın fəsadlarından bəhs edib.

Həmçinin, çıxış edən RPŞ-nin digər əməkdaşı, polis mayoru Əmin İsmayılov Daxili İşlər Nazirliyinin Polis Akademiyası barədə  şagirdlərə ətraflı məlumat verərək  təhsil müəssisəsinin yaranma tarixi, inkişafı, ölkəmizdə hüquq elminin inkişafına verdiyi töhfələr, daxili işlər orqanlarının ali təhsilli hüquqşünaslarla təmin olunmasındakı fəaliyyətindən danışıb.

 

Tədbirin sonunda dinləyiciləri maraqlandıran suallar cavablandırılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam