Redaktor seçimi
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
Günün xəbəri

“Azərbaycan Dəmir Yolları” QSC-də 5 aylıq xaos dövrü

 
Saytımızda artıq xeyli vaxtdır ki, dəmiryol sistemində baş alıb gedən talanlar, qanunsuzluqlar, hüqupozmalar mövzusunda məqalələr təqdim edir. Bu vaxt ərzində “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) rəhbərliyi dəyişmiş, Rövşən Mürvət oğlu Rüstəmov QSC-nə sədr təyin edilmişdir. Ona qədər sədr vəzifəsini icra edən sədr müavini Hicran Valehovun rəvac verdiyi qanunsuzluqların izi hələ ki isti olsa da, belə görünür onları araşdıran yoxdur. Sanki cəmiyyəti belə fikirlə barışdırmaq istəyirlər ki, Cavid Qurbanovun rəhbər vəzifədən getdiyi 24 may 2022-ci il tarixdən Rövşən Rüstəmovun sədr təyin olunduğu 25 oktyabr 2022-ci il tarixədək ötən 5 ay ərzində dəmiryol sistemində kim nəyi, nə qədər talan eləyibsə - eləyib, itirib-axtaran olmayacaq.    
Yenixeber.org: Hərçənd, bu qaranlıq 5 ay üçün hesab sorulmalı şəxs təkcə Hicran Valehov deyil. Əvvəlki məqalələrdə adlarını çəkdiyimiz Saatlı, Yevlax Dəmiryol Sahələrinin rəisləri ilə isə kiçik məmurlardır. Etibarlı mənbədən redaksiyamıza daxil olmuş məlumata görə, Mehman Əhmədovun İnfrastruktur Departamentinə rəhbərliyi dövründə (departamentə yeni rəis təyin olunana qədər) onun qeyri-peşəkarlığından istifadə edərək Departamentin baş mühəndisi Əfqan İsrafilov və Yol xidmətinin rəisi Xəlil Alışov tərəfindən də çoxlu sayda qanun pozuntularına yol verilib.Belə ki Mehman Əhmədovun İnfrastruktur Departamentinə rəhbərlik etdiyi dövrdə  təzə ağac şpalları, çevirici tirləri, yarım-yararlı relsləri Abşeron stansiyasında Loqistika mərkəzinə, Şimal sahəsində aparılan əsaslı təmir işləri ilə əlaqədar olaraq yoldan çıxarılan yoldəyişənlərin ən azı 16 dəstini "KONTUR" Şirkətinə nəğd pula satılmışdır. Satılmış təzə materiallar əsasən Xaçmaz, Biləcəri, Ələt, Hacıqabul yol sahələri tərəfindən silinmişdir. Əgər yoxlama aparılarsa, göstərilən faktlar artıqlaması ilə öz təsdiqini tapacaqdır. Mövzuya qayıdacağıq. (mediatv.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam