Redaktor seçimi
Solovyovun hiddəti, Simonyanın “qeyrəti” və inildəyən əsgərlər – 
Azərbaycan xarici siyasətində yeni istiqamət:
Seymur Talıbovun bacanağı ilə bağlı sensasion iddia -
İranla nə baş verir, nə etməli? -
Danışıq bitdi, Paşinyan yeni müharibə istəyir -
İranda nə baş verir: etiraz, yoxsa inqilab? -
“Ağazadə”lərin eyş-işrəti... — Ayətullahlar şiələrin pulunu hara xərcləyir? /
“Laçın dəhlizi” əməliyyatı: Bakı nəyə hazırlaşır?-
Günün xəbəri

SƏRGÜZƏŞTİ-VƏZİRİ-XANİ-LƏNKƏRAN: Möhübbət Babayevin özü kimi ailə üzvləri də qanun-qaydaya “protiv” gedir-DE-FAKTO



Nəsihətamiz qədim kitablardan “Qabusnamə”də Keykavusun dilindən deyilir ki, birinci vəzir çox bic adam olmalıdır. Belə ki, o, həm şahın qəzəbindən qorunmalı, həm də ikinci, üçüncü vəzirlərin, başqa əyanların hiylələrindən ehtiyatlanmalıdır.

Yenixeber.org: Uzun illərdir Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsini tutan Möhübbət Babayev məhz "bicliyi" sayəsində bir neçə icra başçısını yola salıb, ona de-fakto rayonun “ikinci yerdə olan birinci adamı” deyənlər yanılmırlar. Əzəli və əbədi birinci müavinin hüdudsuz səlahiyyətləri, topdağıtmaz sərvəti onun ailə üzvlərinin ərköyünlüyünü də şərtləndirib.  
Redaksiyamıza Lənkəran Dövlət Universitetinin Elm şöbəsinin müdiri Ülkər Babayevanın qanunsuz əməlləri barədə məlumat daxil olub. Məlumatda bildirilir ki, Ülkər Babayeva rektor Natiq İbrahimovun adından istifadə edərək bütün özbaşınalıqları edir: “Hətta rektorun Mingəçevir və Türkiyə səfərləri zamanı yanında duraraq müxtəlif formalarda çəkdirdiyi şəkilləri göstərib Universitetdə necə deyərlər “at oynadır”.
 

 Qayınatası–Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Möhübbət Babayevə arxalanaraq “burda mənəm, Bağdadda kor xəlifə” deyən Ülkər Babayeva kollektiv içərisində kimlərdən xoşu gəlmirsə, rektorun adından istifadə edərək onlara təzyiqlər etdirir. Auditoriyaya gələrkən  tələbələrlə qeyri-səmimi rəftarı və davranışı, tələbələr tərəfindən ikrah hissi ilə qarşılanır.Lənkaran Dövlət Universitetində özbaşınalıqlar,qanuna zidd əməllər bununla bitmir.Belə ki,universitetin prorektoru Azər Əliyev və Billurə Qasımovanın əlindən universitet kollektivi dözülməz hal yaşayaraq təngə gəliblər. Mənbənin bildirdiyinə görə prorektor Azər Əliyevin Lənkəranın Raypo deyilən ərazisində "sağ əli" sayılan şəxsə evdə hədiyyə edib.
İnternet üzərindən apardığımız  araşdırmalar nəticəsində məlum oldu ki, Möhübbət Babayevin oğlu Elmar Babayevin də ərköyünlüyü barədə mətbuatda xeyli informasiyalar yayılıb. Həmin məlumatlardan birində bildirilir ki, məmur balası Lənkəranda “avtoşluq” etməkdə ad çıxarıb. Bu yaxınlarda yola əks giriş edib və ciddi şəkildə qaydanı pozub.“Papanın gül balası” 6 saatdan sonra icra başçısının müavini Möhübbətin bir zənginə azad buraxılıb və şöbədəcə bu özbaşnalıq ört – basdır edilib.
Bütün lənkəranlılar onun “lüks” həyat tərzindən xəbərdardır. O da bildirilir ki, hətta “gəlin” xanım Ülkər Babayeva özü də bu yaxınlarda da “avto-qəhrəmanlıq” edərək rayonda bir qazinin maşınını öz maşını ilə arxa hissədən əzib və pula pul deməyən Möhübbət Babayev yeni maşın alaraq qaziyə “hədiyyə” edib.
Oxucularla irəliləyən görüşlərimizdə Babayevlərin ərköyünlüyünü şərtləndirən nəhayətsiz, ölçüyəgəlməz kapitalın natamam da olsa siyahısını təqdim edəcəyik. (mediatv.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam