Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Xətainin icra başçısı Küpəgirən qarını niyə xoşlamadığını açıqladı



Bakının Xətai rayonunda, Qaçaq Nəbi küçəsində yerləşən “Urfa” türk restoranının qarşısında qoyulmuş rus nağıl qəhrəmanlarının heykəllərinin sökülməsinə dair göstəriş verən icra başçısı Razim Məmmədov bu göstərişinin səbəbini açıqlayıb.

Yenixeber.org: İcra Hakimiyyətinin rəsmi saytında yer alan məlumatda deyilir ki, Razim Məmmədov rayon sakinləri ilə səyyar görüş keçirib, onları narahat edən məsələləri müzakirə edib. Və sakinlər ona nizamsız küçə ticarəti və gediş-gəlişə mane olan obyektlər barədə danışıblar.

" Sakinlərin narazılığına səbəb olan daha bir ünvan Qaçaq Nəbi küçəsində “Urfa” türk restoranının qarşısında qanunsuz olaraq yerləşdirilmiş rus nağıl qəhrəmanlarının, o cümlədən də mənfi obrazların (Baba Yaqa-Küpəgirən qarı, Kaşşey bessmertniy-Ölməz Kaşşey və s.) hekəlləri olub. Türk restoranı ilə rus nağıl qəhrəmanlarının nə əlaqəsi?! Yaxud yenə də həmin küçədə “Rolls Roz” restoranının qanunsuz reklam yerləşdirməsi azmış kimi, üstəlik səkini zəbt edib, dəmir dirək və zəncirdən istifadə edərək yaratdığı süni maneələrlə insanların gediş-gəlişinə ciddi maneə yaradılıb»-İcra Hakimiyyəti bildirir.

***14:08

Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədovun göstərişi ilə "Urfa" restoranının qarşısında quraşdırılmış rus xalq nağılları qəhrəmanlarının heykəlləri məhv edilib.

Rayon ərazisindəki “Urfa” restoranının qarşısında qoyulmuş nağıl personajlarının - Küpəgirən qarı, Ölməz Kaşey, habelə müxtəlif dəniz quldurlarının heykəlləri öz avtomobili ilə yaxınlıqdan keçən icra hakimiyyətinin başçısı Razim Məmmədovun qəzəbinə tuş gəlib. O, beş ildən çoxdur ki, restoranının qarşısında qoyulan və paytaxt sakinlərində xoş təbəssüm yaradan bu heykəllərə nəyə görəsə bərk qəzəblənib və tabeçilyindəki şəxslərə göstəriş verib ki, heykəlləri söksünlər. Görünür, başçının fikrincə, onun “votçinasında” belə heykəllərə yer ola bilməz.

Və budur, artıq bu gün səhər Xətai Rayon İcra Hakimiyyətinin əməkdaşları restorana gələrək öz başçılarının göstərişini yerinə yetiriblər. Bütün heykəllər - Küpəgirən qarı, Ölməz Kaşey, habelə digər nağıl personajları məhv edilib.(azvision)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam