Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Pensiya alanlara şad xəbər

 

Artıq pensiyaçılar plastik kartlar vasitəsi ilə 100 manat məbləğində kredit götürə biləcəklər

    "xeberinfo.com": Məlumata görə, bu barədə DSMF-nin sədri Elman Mehtiyev bu gün keçirilən “Pensiya+” xidmətinin istifadəyə verilməsi ilə bağlı təqdimat mərasimi zamanı deyib. Sədr bildirib ki, yeni layihə ölkədə nağdsız ödənişlərin stimullaşdırılması məqsədini daşıyır:
    "Pensiyaçılar bizim onların plastik kartlarına ünvanladığımız vəsaitlərini istifadə etdikdən sonra ilkin olaraq 100 manat məbləğlərində kredit götürə biləcəklər. Bu krediti heç bir əlavə xərc ödəmədən əldə edəcəklər. Bu kredit xətlərində növbəti pensiya haqqını alanadək faizsiz istifadə edəcəklər. Bu məbləğ isə yalnız posterminallar vasitəsi ilə istifadə olunacaq. Yəni nəğd qaydada bu pulu gedib bankomatdan çıxarmaq mümkün olmayacaq. Bu şərtin başlıca məqsədi nəğdsiz ödənişin təyinatına uyğun qurulması və plastik kartlardan istifadəyə təşfiq etməkdir". 
  E, Mehtiyev həmçinin bildirib ki, yeni layihə vasitəsi ilə pensiyaçıları plastik kartlar və posterminallardan istifadəyə cəlb etmək mümkün olacaq:
     "İlkin olaraq layihə Bakı və Sumqayıt ərazisi üzrə şamil ediləcək. Gələcəkdə isə bu xidmətdən digər region pensiyaçıları da istifadə edə biləcəklər. Bu xidmətə qoşula bilmək üçün müvafiq bankla pensiyaçılar arasında müqavilə bağlanmalıdır. Gələcəkdə bu sistem kommunal, nəqliyat və digər sahələri də əhatə edəcək".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam