Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Pensiyaçılar pullarını bankomatdan faizsiz çıxara biləcəklər

 

"Pensiya almaq üçün lazımi bankomatı tapmaq müavinəti almaqdan daha çətindir. Başqa bankomatdan isə pul çıxarmaq heç sərf etmir. Çünki belə olan halda aldığımız pensiyadan əlavə faiz tutulur"

 

"Xeberinfo.com":  Məlumata görə, bunu Ans press-in əməkdaşı ilə söhbətində paytaxt sakini Rəşid Rəcəbov deyir. 80 yaşını haqlamış qoca hər ay anoloji problemlə qarşılaşdığını bildirir. Pensiyaçıların ortaq probleminə çevrilən bu hal, xüsusilə ayın əvvəlində müşahidə olunur. Pensiyalar kartlara köçürüldükdən sonra bankomatlar qarşısında sıxlıq yaranır. Yaşlı insanlar isə pullarını ala bilmək üçün isə saatlarla növbə gözləməli olurlar.
Təbii ki, buna səbəb bankomatların sayının az olması deyil. Çünki, ölkədə yüzlərlə bankomat var. Ancaq bu bankomatlar müvəkkil bankdan fərqli olaraq komissiya haqqı tutur. Bu isə pensiyaçılara qətiyyən sərf etmir.
Dövlət Sosial Müdafiə Fondu (DSMF) isə görünür bu problemin aradan qaldırılması üçün ciddi addımlar atmağa başlayıb. Fond pensiyalar ödənilən gün bankomatların qarşısında gərginliyin aradan qaldırılması üçün iki istiqamətdə əlaqədar qurumlarla iş aparır. Birinci istiqamətdə banklararası interfeys şəbəkəsinin yaradılması nəzərdə tutulur ki, bununla da pensiyaçılar başqa bankların bankomatlarından pensiyalarını çıxara biləcək. Banklararası şəbəkənin qurulması nəticəsində pensiya kartı vasitəsilə müxtəlif banklardan istifadə imkanı yaranacaq.
Azərbaycan Mərkəzi Bankı (AMB) da pensiyaçıların bu probleminin kökündən həlli üçün işlər görməyə başlayıb. AMB bir bankın plastik kartını digər bankın bankomatlarında komissiya ödəmədən istifadə etməyə imkan verəcək yeni sistemin hazırlanması və işə salınması ilə bağlı fəaliyyətini sürətləndirib.
Artıq DSMF və Mərkəzi Bank sözügedən layihə üzrə razılıq əldə ediblər. İndi pensiya sistemində bir çox islahatlar banklar arasında bu interfeysin yaradılmasından asılıdır. Bu layihə tətbiq olunduqdan sonra pensiyaçılar pullarını almaq üçün saatlarla bankomat axtarmayacaq. Pensiyaçılara istənilən bankomata yaxınlaşmaqla müavinətlərini faizsiz şəkildə ala biləcək.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam