Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Emin Ağalarovun şirkəti Bakıda dənizə çıxan dalanları bağlayır? -FOTO

Nardaran qəsəbəsində yerləşən “Sea Breeze Resort” istirahət kompleksi qonşu Ləhiş bağlarından dənizə çıxan dalanları bağlamaqda davam edir.
Yenixeber.org: Bu barədə “Bakı gündəliyi” səhifəsi məlumat yayıb.

“Əvvəl dənizə giriş darvazalarla bağlanmışdı. Bağ sakinləri az da olsa, ümid edirdilər ki, bəlkə, gələcəkdə həmin darvazaların açılması məsələsinə baxılar. Artıq darvazalar çıxarılıb və onların yerində divar tikilib”, - sakinlərdən biri deyib.
Bağ sakinləri təklif ediblər ki, dalanlardan maşınların girişi olmasa da, heç olmasa onların piyada girişinə icazə verilsin. Bu işi kart sistemi və ya başqa şəkildə təşkil etmək olardı. Amma kompleksin rəhbərliyi təklifi qəbul etməyib.
Qeyd edilib ki, “Sea Breeze Resort”un ərazisi genişləndirilir. Bu iş davam etdikcə Ləhiş bağlarından dənizə çıxan bütün dalanlar bağlanılır. Cəmi 42 dalan var, bundan 11-i bağlanıb, qalanlarında isə tikinti işləri gedir. Bu da o deməkdir ki, perspektivdə bütün dalanlar bağlanacaq. Nəticədə Ləhiş bağlarının sakinləri dənizə maşınla 5-6 km-lik yol getməlidirlər. Əvvəl isə bunun üçün piyada 400-500 metr yol qət etmək lazım gəlirdi.
İddialarla bağlı “Sea Breeze Resort” və Sabunçu rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verilmədi.
Qeyd edək ki, "Sea Breeze" 2010-cu ildə Azərbaycanın Xalq artisti Emin Ağalarov tərəfindən təsis edilib və ilkin olaraq otel, restoran və kiçik çimərlikdən ibarət olub.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam