Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Baş anestezioloqdan ciddi xəbərdarlıq (VİDEO)

 

Bəzi xəstəxanalarda əməliyyat olunmalı xəstə ilə əvvəlcədən psixoloji söhbətlər aparılmır. Nəticədə də xəstə stresli vəziyyətdə əməliyyata girir.
"Xeberinfo.com":  Bu isə pasientin sağlamlığında müəyyən problemlər yarada bilər. Baş anestezioloq bununla bağlı ciddi xəbərdarlıq edir.
Bəzi səhiyyə müəssisələrində xəstələrin cərrahiyyə əməliyyatı stress vəziyyətində aparılır. Səbəb isə xəstənin əvvəlcədən psixoloji cəhətdən əməliyyata hazırlanmamasıdır.
Ölkənin baş anestezioloqu Aydın Qədirov bununla bağlı həyəcan təbili çalır. Onun sözlərinə görə, pasiyent əməliyyat üçün xəstəxanaya müraciət etdikdə onunla həkimlər psixoloji söhbət aparmalıdırlar. Çünki əməliyyat anında xəstənin psixi-emosional vəziyyəti əsas rol oynayır.
Baş mütəxəssis deyir ki, təcili əməliyyatlar istisna olmaqla, bəzi tibb müəssisələrində xəstələr elə müəssisəyə qəbul edildiyi gün də əməliyyat olunur. Ancaq qaydaya görə, cərrahiyyə əməliyyatı edilməli olan xəstə ən az 1 gün əvvəldən xəstəxanada yatmalıdır. /Xezerxeber.com/

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam