Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Füzulidə Silahlı Qüvvələr Günü qeyd olundu


 

Horadiz şəhərində Heydər Əliyev Mərkəzində 26 iyun – Silahlı Qüvvələr Günü münasibəti ilə tədbir keçirilmişdir.

"Xeberinfo.com":   Tədbirdə Füzuli rayon İcra hakimiyyətinin başçısı Alı Alıyev, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, N saylı Hərbi Hissənin əsgər və zabit heyəti, müharibə veteranları, ictimaiyyət nümayəndələri – ümumilikdə 400 nəfər iştirak etmişdir.

Əvvvəlcə tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidəsi önünə gül dəstələri düzərək xatirəsinə ehtiramlarını bildirmişlər.

Tədbiri rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev açmış, hərbiçiləri Silahlı Qüvvələr Günü münasibəti ilə təbrik etmişdir. Ulu öndər Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı Fərmanla 26 iyun tarixinin Silahlı Qüvvələr günü elan edildiyini vurğulayan Alı Alıyev Azərbaycanda güclü, qüdrətli və yüksək döyüş hazırlığına malik ordu yaradılmasının Ümummilli liderin adı ilə bağlı olduğunu qeyd etmişdir.

Alı Alıyev demişdir: “Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordunun döyüş qabiliyyəti daha da yüksəlmiş, maddi-texniki bazası möhkəmləndirilmiş, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Cənab İlham Əliyevin səyləri nəticəsində Azərbaycan Ordusu regionun ən qüdrətli silahlı qüvvəsinə çevrilmiş və hər an düşmənə layiqli cavab vermək əzmindədir. Bu gün qarşıda dayanan əsas vəzifələrdən biri silahlı qüvvələrin daha da modernləşdirilməsi və ən son hərbi texnologiyaların orduya cəlb edilməsidir. Son illər keçirilən möhtəşəm hərbi paradlar Azərbaycan Silahlı Qüvvələrinin həm güc və qüdrətini, həm də modernləşdiyini nümayiş etdirir.“.

Alı Alıyev xalqımıza növbəti bayram tədbirlərini Qarabağda, Şuşada, Füzulidə keçirməyi arzulamışdır.

Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Azər Quliyev, N saylı Hərbi hissənin zabiti Kənan Hacıyev, Qarabağ müharibəsi veteran, Azərbaycan bayrağı ordenli Sevindik İsmayılov və digərləri çıxış edərək Ulu öndər Heydər Əliyevin ordu quruculuğu sahəsindəki əvəzsiz xidmətlərindən danışmışlar. Bildirmişlər ki, Prezident, Ali Baş Komandan cənab İlham Əliyev ordunun qüdrətinin artırılmasını daim diqqət mərkəzində saxlayır. Cəbhə bölgəsinə tez-tez səfərlər edərək, hərbi hissələrdə əsgər və zabitlərlə səmimi görüşlər keçirməsi orduda yüksək əhval-ruhiyyə yaradır, qələbəyə olan inamı möhkəmləndirir.

Çıxışlarda işğal altındakı ərazilərimizin tezliklə yağı düşməndən azad ediləcəyinə, əzəli torpaqlarımızdan didərgin düşmüş həmvətənlərimizin öz ata-baba yurdlarına qayıdacaqlarına və ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına əminliklərini ifadə etmişlər.

Sonra Azərbaycanda ordu quruculuğundan bəhs edən Video çarx nümayiş olunmuşdur.

 

Tədbir rayonun incəsənət ustalarının ifasında konsert proqramı ilə davam etmişdir.









Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam