Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Neftçalada -İkinci Qarabağ Şəhidləri anılıb

 

Bu gün İkinci Qarabağ Savaşı şəhidləri, baş leytenant Mahmud Təhmasib oğlu MəlikovƏsgər Mehman Xudaşükür oğlu Əliyev və Əsgər Mais Şakir oğlu Səfərovun anım günləri keçirilib. Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Neftçala Rayon Təşkilatının üzvləri şəhidlərin məzarlarını ziyarət ediblər.

Yenixeber.org: VHP Neftçala Rayon Təşkilatının sədri, Millət Vəkili Sabir Rüstəmxanlının köməkçisi Fərman Hüseynov Vətən Müharibəsinin başlanma tarixindən, müharibə zamanı Ordumuzun və Azərbaycan Xalqının qəhramanlığından danışıb. Bildirib ki, İkinci Qarabağ Savaşı bir qəhramanlıq, şücaət və vətən sevgisi salnaməsidir. Həmin salnaməsini şəhidlərimiz qanlarıyla yazdılar. Canlarını Vətən torpağına qurban verməklə bu torpaqların müqəddəsliyinə, heç kimə verilməyəcəyinə əminlik nümayiş etdirdilər. Biz Azərbaycan Xalq Cümhuriyyətini xalq olaraq müqəddəs amallar üzərində qurduq, Cümhuriyyət qurucuları canlarını verdilər bu yolda. İstiqlalımızı ikinci dəfə bərpa etməklə yenidən Vətən uğrunda can verdik. Qarabağı işğaldan azad etməklə oğullarımız canlarını fəda etdilər. Biz bu ölkəni canımız, qanımız və oğullarımızın qəhrəmanlığı hesabına qurmuşuq.

Tədbirdə çıxış edən yazıçı-publisist Ələkbər Zahidov bildirib ki, 44 günlük savaşda Azərbaycan xalqı bir yumruğa dönərək, “Torpaq uğrunda ölən varsa vətəndir” amalını təsdiqlədilər. On minlərlə gənc İkinci Qarabağ savaşında erməni işğalçılarına qarşı mübarizə aparmaq üçün könüllü müraciət edərək cəbhəyə yollanmaq istəklərini ortaya qoydular. Arxa cəbhədə olanlar həmrəylik göstərərək öz əməlləri ilə ön cəbhədə vuruşanlara əllərindən gələn köməyi əsirgəmədilər, hər cür maddi və mənəvi dəstək verməyə hazır olduqlarını göstərdilər, ölkədə hər kəs milli birlik nümayiş etdirdi. Bütün bunlar bir daha onu göstərdi ki, siyasi, dini, sosial mövqeyindən asılı olmayaraq vətənin ümumi maraqları, Azərbaycan xalqının birliyi hər bir vətəndaş üçün bütün arzu və istəklərdən öndə dayanır.  Azərbaycan xalqı öz əzmi ilə bütün dünyaya, sözün həqiqi mənasında, birlik və həmrəyliyini, vətənpərvərliyini nümayiş etdirdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam