“Həkimin, mollanın, arvadın dediyini eləmə, elədiyini elə!”
Yenixeber.org: İndi ölməz Molla Nəsrəddinin bu misralarına Masallı YAP təşkilatının sədri Seyfəddin Əliyevin də adı əlavə edilib.
Masallıda bu misralar “Həkimin, mollanın, arvadın və Seyfəddinin dediyini eləmə, elədiyini elə!” şəkilini alıb.
Məsələnin mahiyyəti də budur ki, YAP-ın təşkilat sədri Seyfəddin Əliyev ətrafındakıları “COVİD-19”a qarşı peyvəndləməyə çağırır, məcbur edir.
Peyvəndlənmə kampaniyasının ortasında bəlli olur ki, Seyfəddin Əliyev özünü, ailəsini, qohum-əqrabasını peyvənddən uzaq tutur. Səbəbini soruşan Masallı sakinlərinə də deyir ki, bəs peyvəndin fəsadları ola bilər, gözləyirik nəticə necə olacaq.
Hakim partiyanın Masallı Təşkilatının qurultayı ərəfəsində buna görə Masallı sakinləri ilə Seyfəddin Əlyev arasında qovğa yaşanıb, böyük bir mərəkə çıxıb.
Bundan sonra Seyfəddin Əliyev vəziyyətdən çıxmaq üçün qaynı Şəmkir Kərimovu peyvəndlənmə məntəqəsinə aparıb.
Masallıda söhbət gəzir ki, YAP yerli təşkilatının sədri qaynına peyvənd əvəzinə vitamin “C” vurdurub. Belə iddialar da var ki, iki oğlu, özü, ailə üzvləri bu gün də peyvəndlənməkdən yayınırlar.
Qeyd eədk ki, ötən ilin sentyabrında başlanan Vətən müharibəsi günlərində Seyfəddin Əliyev gənclərin hərbiyə getmələri üçün çağırışlar etdiyi bir vaxtda, məlum olmuşdu ki, özünün 2 oğlundan birini Bakıya qaçırıb. Müharibə dövründə atdığı addımlarına görə bu gün də Masallıda onu “yığışaq, müharibəyə gedin”, ləqəbi verilib.
Belə ki, müharibənin qızğın günlərində Seyfəddin Əliyev Masallı əhlinə övladlarını müharibədən yayındırmamaq çağırışları edib. Növbə oğlu, 22 yaşlı Şahin Əliyevə çatanda isə Seyfəddin Əliyev əl-ayağa düşüb.
İndi də Seyfəddin Əliyev şəhid dəfnlərinə gedib orada vətənpərvərlik mövzularından danışır. Bu isə yerli əhali arasında ikrah hissi yaradır.
Bundan əlavə, ötən ilin iyulunda dələduzluq, rüşvət alma, rüşvət verməyə təhrik etmə ittihamları ilə həbs olunan Masallı Rayon İcra Hakimiyyəti başçısının Qarğalıq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Sübhan Zalıyev ibtidai istintaq zamanı Seyfəddin Əliyevin adını çəkib. Sübhan Zalıyevlə yanaşı həmin kəndin bələdiyyəsinin sədr müavini Əziz Ağayev həbs olunub.
Bundan başqa, Seyfəddin Əliyevin qardaşı, Sumqayıt Hərbi Komissarlığında Çağırış Şöbəsinin rəis müavini işlədiyi zaman Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həbs edilib. YAP Masallı təşkilatının sədrinin qardaşı rüşvət aldığına görə 5 il azadlıqdan məhrum edilib.(reportyor.info)