Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Günün xəbəri

DSMF-nin Heybət İmanov adlı BƏLASI… –Qanunlar kasıblar üçün işləyir

 

 

Yenixeber.org: Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində Daxili Nəzarət və Audit Şöbəsinin müdiri Heybət İmanovun yaxınları və dostları qanunları ayaqlar altına atıb. Ölkədə minlərlə inasanların əlilliyi və pensiyası kəsildiyi halda H.İmanova yaxınlığı olan adamların saxta pensiya və əlilliyinə toxunulmur. Hətta, saxta pensiya, əlillik düzəldənlərin əksəriyyəti işdən azad olunaraq cinayət məsuliyyətinə cəlb olunub. Yenə də H.İmanovun himayəsində olanlar saxta pensiya, əlillik düzəltməklə məşğuldurlar.
Bunlardan biri Heybət İmanovun yaxın dostu Mahmud Məmmədovdur. M.Məmmədov Şəmkirdə yerləşən DSMF-nin 19 saylı regional ərazi filialında baş mütəxəssisdir. Mahmud Məmmədov həm də 19 saylı regional ərazi filialının müdiri Adil Cəfərovun pul yığanıdır. Saxta əlilliyə və pensiya qarşı mübarizə aparan Sahil Babayev!!!
Sual yaranır Mahmud Məmmədovun həyat yoldaşı Məmmədova Aysel Elxan qızının saxta əlilliyi və pensiyası niyə kəsilmir? Bu və bunun kimi yüzlərlə saxtakarlıqda əli olan Mahmud Məmmədov niyə cəzalandırılmır? Yoxsa Heybət İmanovun kurasiyasında olan adamların toxunulmazlıq hüquqi var?
Eynilə həmin regional idarədə baş mütəxəssis işləyən Əhməd Quliyevin atası Leysanın və anasının saxta əlilliyi və pensiyası niyə yoxlanılmır? Bəlkə ictimaiyyət bilmir, siz bəyan edin. İşçiləriniz hər saxtakarlıq edə bilər, ancaq cəzalar onlara tətbiq edilə bilməz.
Qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.(aktualxeber)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam