Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

KTN-də kadr islahatı: Aparat kimə tapşırılacaq? -Fuad Mayılovun adı çəkilir...

                 Bu həftə Kənd Təsərrüfatı Nazirliyində ciddi kadr dəyişikliyi gözlənilir.
Yenixeber.org: Aparılacaq yerdəyişmələrdə məqsəd nazirliyin iş keyfiyyətinin yüksəldilməsidir.

Məlumata görə gözlənilən kadr dəyişikliyində KTN-nin daxili nəzarət şöbəsinin müdiri Fuad Mayılovun Aparat rəhbəri vəzifəsinə gətiriləcəyi bildirilir.

Daxili nəzarət şöbəsinə isə keçmiş Nəqliyyat naziri Ziya Məmmədovun qohumunun təyin ediləcəyi gözlənilir.

Sözügedən kadr dəyişikliklərinin ötən həftə gözlənilsə də, təyinatlar yubanıb. Buna səbəb isə nazirin iş qrafikinin sıx olmasıdır.

Ölkədə pambıq əkininin həssas dönəmi olduğu üçün İnam Kərimov son zamanlar çox gərgin rejimdə çalışdığı deyilir. "İnam Kərimov pambıq əkininin inkişafı ilə bağlı bütün məsələləri öz üzərinə götürüb. Hazırda pambıq sahələrində işçi qüvvələrinin az olması və su çatışmamazlığı nazirlikdə hökm sürən gərginliyi daha da artırıb. Nazir çox yaxşı bilir ki, hər gün işə bahalı kostyum geyinib gələn, bahalı ətir vuran işçiləri ilə pambıq sahəsində uğur əldə edə bilməyəcək. Ona görə də nazirliyin beyni sayılan Aparatda rəhbər dəyişikliyi etmək istəyir. Məhz Fuad Mayılov kimi kənd təsərrüfatının bütün incəliklərini dərindən bilən, ayağına rezin "sapoq" geyə bilən kadrlar aqrar sahənin inkişafına güclü təkan verə bilər."-deyə, məlumatda qeyd edilir.(qlobal.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam