Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Nar”ın regionlar üzrə -4G istifadəçilərinin sayı artıb

 

 

 

 

Mobil operatorun bölgələrə xüsusi diqqət ayırması sayəsində 2021-ci ilin birinci rübü ərzində regionlar üzrə 4G istifadəçilərinin sayında 42% yüksəliş qeydə alınıb.

Yenixeber.org: Buna “Nar”ın regionlarda baza stansiyalarının sayını artırması, paytaxtla yanaşı, bölgələrdə satış və xidmət mərkəzlərini yeniləməsi, sərfəli tarif və paketlər, eyni zamanda “Nar+” tətbiqi vasitəsilə müştəri xidmətlərinin daha rahat və əlçatan olması təsir edib.

 

Hər zaman müştərilərinin ehtiyaclarını qarşılamağı hədəfləyən mobil operator 2021-ci ilin ilk rübü ərzində regionlarda 30-a yaxın yeni baza stansiyası quraşdırıb. Paytaxtla yanaşı, regionlarda da şəbəkənin təkmilləşdirilməsi “Nar” abunəçilərinin kəsintisiz və sürətli internetdən istifadəsini daha da artırıb. Qeyd edək ki, “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 90%-ni əhatə edir və 8740-dan artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

 

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam