Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Hansı məhbuslar əfv olunacaq?–Komissiya üzvü AÇIQLADI

“Ola bilər ki, əfv qərarı Novruz bayarımına çatmasın. Bu, müzakirələrin yekunlaşmasından asılı olacaq”.

“Bu müraciətlərin hamısına baxılacaq. Müsbət və ya mənfi rəy verilməlidir”.

Yenixeber.org: Milli Məclisin deputatı, Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Fazil Mustafanın müsahibəsini təqdim edirik:

– Əfvlə bağlı məsələ nə yerdədir?

– Əfv müstəsna olaraq prezidentin səlahiyyətində olan məsələdir. Ölkə başçısı vaxtaşırı fərman verməklə bu funksiyanı həyata keçirir. Bu məsələ bütövlükdə ciddi müzakirədən keçir. Çünki bu məsələdə insan taleyinə bağlı olan məsələdir. Əfv Komissiyası müzakirələrdən sonra məqsədəuyğun saydığı şəxslərin siyahısını prezidentə təqdim edir və onların bağışlanmasını tövsiyyə edir. Ölkə başçısı bu siyahı əsasında və ya siyahıdan kimlərisə istisna etməklə müvafiq qərar qəbul edir. Bundan sonra isə həmin şəxslər barəsində hüquqi prosedur başlayır.

Hazırda əfv məsələsi müzakirə mərhələsindədir. Bu mərhələdə nəticələr hələ davam edir, çünki çox sayda müraciətlər var. Bu müraciətlərin hamısına baxılacaq. Müsbət və ya mənfi rəy verilməlidir. Daha sonra prezident tərəfindən müvafiq qərar qəbul ediləcək və kimlərin əfvə düşməsi məlum olacaq.

 – Novruz bayramı ərəfəsində əfv olacaq?

 – Ola bilər ki, əfv qərarı Novruz bayarımına çatmasın. Bu, müzakirələrin yekunlaşmasından asılı olacaq. Əfv Komissiyası ciddi şəkildə çalışır ki, mümkün qdər tez vaxta məsələləri həll etsin. Amma insanların sayı çox ola bilər. Buna görə müzakirələr uzana bilər və əfv Novruz bayramında olmaya bilər.

 – Nə qədər məhbus əfv olunacaq?

– Əfv olunacaq məhbusların sayı ilə bağlı təqribi rəqəmlər yoxdur. Müraciətlərə hissə-hissə baxılır. Amma konkret nə qədər rəqəmdir bununla bağlı bilgim yoxdur.

 – Məhbuslar əfv olunmaq üçün hara müraciət etməlidir?

– Əfv olunmaq üçün insanlar Əfv Dövlət Komitəsinə müraciət etməlidir. Ya prezidentə, ya birinci vitse-prezidentə, ya da deputata müricət etməlidirlər. Müraciət daha sonra Əfv Komissiyasına yönləndirilir. Komissiya müvafiq qurumlara sorğu göndərir, onun haqqında materiallar toplayır. Penitensiar Xidmətdən sənədlər istənilir, orada həmin şəxsin davranışı, fəaliyyəti, həbsxanadakı qaydalara riayət edib-etməməsi sənəddə öz əskini tapır. Növbəti mərhələdə komissiyada məsələlər sistemləşdirilir, müzakirəyə çıxarlır və səsvermə ilə rəy verilir və bunun nəticəsində qərar qəbul olunur.

 – Novruz bayramında amnistiya olacaqmı?

 – Amnistiya ilə bağlı hələlik bir müraciət yoxdur. Amnistiya aktını Milli Məclis verir. Bu maddələr üzrə vətəndaşların həbs və azadlıqdan məhrumetmə və ya başqa cəza növündə olan vətəndaşlar üçün müəyyən azadlığa buraxılması, cəzasının çəkilməmiş hissəsinin azaldılması nəzərdə tutula bilir. Bu, Milli Məclisin səlahiyyətlərinə daxil olan məsələdir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam