Redaktor seçimi
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Günün xəbəri

Azərbaycanda səhiyyə böhranı-Əhalinin narazılığı və şikayətləri artır

 

Yenixeber.org: Azərbaycanda əhalinin sağlamlığı sahəsində dərin böhran yaşanır. Vətəndaşların səhiyyə sistemindən narazılığı pik həddinə çatıb. Şikayətlər əsasən xəstəxanalarda yer problemi, koronavirusun müalicəsinə köməyi dəyən dərman preparatlarının ya tapılmaması, ya da bahalığı, eləcə də evdə müalicə alanların taleyin ümidinə buraxılması ilə bağlıdır.

Sosial mediada vəziyyəti ağır olan xəstələrin xəstəxanaya götürülmədiyi, hətta bəzi imkanlı şəxslərin hər ehtimala qarşı pul müqabilində xəstəxanalarda boş çarpayılar saxlatdırdığı barədə məlumatlar yayılır. Nə baş verir?

Bu sahəyə cavabdeh olan hər iki qurumun – Səhiyyə Nazirliyi və TƏBİB-in rəyini öyrənməyə çalışdıq. Hər zaman olduğu kimi, nazirlikdə sualımıza cavab verən tapılmadı. TƏBİB-dən isə bildirildi ki, xəstəxanalarda rüşvət iddiaları barədə kifayət qədər açıqlama verilib:

“Hətta bununla bağlı TƏBİB-in sədri Ramin Bayramlı brifinqdə sualları yetərincə cavabladı. Şikayətlərlə bağlı “qaynar xətt”imizin nömrəsini də yerləşdirmişik. Şikayəti olan hər kəs həmin nömrə ilə əlaqə saxlaya bilər”.

Evdə müalicə olunan xəstələrə yardım, onların oksigen balonları ilə təchizatı probleminə gəldikdə isə TƏBİB-dən dedilər ki, bunu Səhiyyə Nazirliyindən soruşmaq lazımdır:

“Pandemiya dövründə təcili tibbi yardım Səhiyə Nazirliyinin nəzarətindədir”.

Qurumdan boş çarpayı sayının açıqlanmadığını da söylədilər.

Problemlə bağlı müstəqil ekspertlərin fikirlərini öyrəndik.

Pulmonoloq İbrahim Əsədli bildirdi ki, bu sahəni idarə edən insanlar kifayət qədər səriştəli deyil:

“Qəliz dövrlərdə bu səriştəsizlik özünü daha çox büruzə verir. Halbuki lazımı tədbirlər görülərsə, biz bütün bunların öhdəsindən bir neçə həftəyə gələ bilərik”.

Mütəxəssis hesab edir ki, bütün idarəetmə strukturunda köklü islahatlar getməlidir: “Necə ki, ordumuzda islahatlar aparıldı, idarəetmə dəyişdirildi, müasir silahlarla təchizat baş verdi və biz qalib gələ bildik”.

Həkim Müşfiq Hüseynov isə xəstəxanalarda pul müqabilində boş yerlərin saxlanıldığına inanmadığını vurğuladı:

“Çünki ailəmizə çox yaxın olan bir insan var, hətta imkanlı ailədir, xəstəxanada yer olmadığı üçün evdə müalicə almağa məcbur olub. Xəstənin ailəsi Prezident Administrasiyasına kimi gedib çıxıb. Yenə də xeyri yoxdur. Yalnız onu deyə bilərəm ki, sistem tamamilə çöküb”.

Həkimin sözlərinə görə, normal həyatımıza dönməyimizə 7-8 ay var. M. Hüseynov hamıya özünü qorumağı məsələhət görür:

“Son günlər sağalan xəstə sayı yeni yoluxanlardan çox olur. Deməli, zirvəni keçmişik. Sadəcə, səbr edib, 8-10 gün yoluxmamaq lazımdır. Tunelin sonunda işıq görünür”.(pressklub)

Ülviyyə Şahin


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam