Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Rektorun qızını döyənlər Əli Ansuxskinin şərikinin övladlarıdır

 

Martın 14-də Xəzər Universitetinin rektoru Hamlet İsaxanlınını qızı Ülkər İsayevanı döyən Zaur və Elin Məmmədov qardaşlarının kimliyi ilə bağlı strateq.az saytı maraqlı məlumatlar əldə edib.

"Xeberinfo.com":  Məlumata görə, qardaşlar əkizdirlər və hazırda Rusiyada yaşayan nüfuzlu azərbaycanlı iş adamı – Muxtar Məmmədovun övladlarıdır. Muxtar Məmmədovun özü isə 1996-cı ildə paytaxtın 28 May küçəsində yaşadığı evin qarşısında odlu silahla qətlə yetirilən, əslən balakənli Əli Ansuxskinin şəriki olub. Deyilənə görə, Muxtar Məmmədovla Əli Ansuxskinin qohumluq əlaqələri də mövcuddur. Onun hazırda Rusiyada böyük metal biznesinin olduğu da söylənir.

Eyni zamanda, Muxtar Məmmədovun kriminal aləmdə ciddi nüfuz sahibi olduğu iddiaları var.

Strateq.az-ın əldə etdiyi məlumata görə, polisin həbs etdiyi əkiz qardaşların azadlığa buraxılması üçün Muxtar Məmmədovun Azərbaycandakı nüfuzlu əlaqələri dərhal hərəkətə keçiblər. Ancaq polis orqanları prinsipiallıq göstərərk, cinayət faktını gizlətməkdən imtina ediblər. Maraqlıdır ki, Bakı Şəhər Prokurorluğu tərəfindən həbs qətimkan tədbiri seçilməsi üçün Xətai Rayon Məhkəməsinə təqdimat verisə də, Xətai Rayon Məhkəməsinin hakimi Raziyə Ataşova hər iki iki şəxsin məhkəmə zalından azad edilməsi qərarını çıxarıb.

Qeyd edək ki, Raziyə Ataşovanın hansı səbəbdən və kimlərin vasitəçiliyi ilə belə qərar qəbul etməsi haqda da bizə məlumat verilib. Ancaq bu məlumatları faktlarla sübuta yetirmək imkanı olmadığından, onu yayınlamırıq.

Strateq. az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam