Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bayram yarmarkaları fəaliyyətə başlayıb:Bu ünvanlarda

 

 

Yarmarkalar bu ayın sonuna qədər fəaliyyət göstərəcək

Yenixeber.org: "Ərzaq məhsullarının tədarükü və təchizatı" ASC Novruz bayramının yaxınlaşması ilə əlaqədar olaraq paytaxt əhalisinin kənd təsərrüfatı məhsulları ilə təminatının yüksəldilməsi, süni qiymət artımının qarşısının alınması məqsədi ilə satış-yarmarkaların təşkilinə start verib.

Bu barədə qurumun açıqlamasında bildirilir. 

Məlumatda həmçinin deyilir ki, yarmarkalar:

Səbail rayonu, Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi 1;

Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi 59 (Təzə bazarın aşağı hissəsi);

Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 207 ("İdeal" şadlıq sarayının yanı);

Suraxanı rayonu Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi (Suraxanı maşınqayırma zavodunun qarşısı);

Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ("Günəş" ticarət mərkəzinin ərazisi) ünvanlarında keçirilir.

Yarmarkalarda əhaliyə təklif olunan məhsullar səhmdar cəmiyyətin regionlardakı məntəqələri tərəfindən yerli istehsalçılardan tədarük olunub, eyni zamanda, öz məhsulunu paytaxta gətirərək satmaq istəyən fermerlərə təşkilatı dəstək verilib.

Şənbə və bazar günləri keçiriləcək yarmarkalara gündəlik olaraq 70 növdə, 30 tondan artıq kənd təsərrüfatı və qida məhsulları çıxarılacaq.

Səhmdar cəmiyyət yarmarkalara avans hesabına yerli fermerlərdən tədarük olunaraq “Eloba” brendi altında qablaşdırılmış noxud, ağ lobya, qarabaşaq, düyü məhsullarını da çıxarıb. Bütün məhsullar bazar qiymətlərindən orta hesabla 20% ucuz satılacaq.

Yarmarkalar bu ayın sonuna qədər fəaliyyət göstərəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam